Saleh Məmmədov prezidentin çağırışına məhəl qoymadı – 300 minlik ‘BMW’ aldı
15-06-2016, 11:13
Oxunub: 2 968
Saleh Məmmədov prezidentin çağırışına məhəl qoymadı – Özünə 300 minlik ‘BMW’ aldı
Ölkə başçısı Ilham Əliyevin məmurları Naxçıvan Avtomobil Zavodunun istehsalı "NAZLifan” avtomobilləri almağa çağırdığı yəqin ki, hər kəsin yadındadır. Ölkə başçısının bu çağırışını qənaət və yerli istehsala üstünlük verməklə əlaqələndirmişdi. Bundan sonra bir çox məmurlar "NAZLifan” almağa başladı.
Iş o yerə çatdı ki, zavod sifarişləri çatdıra bilmədi. Avtomobillərin qiyməti isə bahalaşdı. Lakin bəzi məmurlar yenə də bahalı maşınlara üstünlük verirlər. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov "NAZLifan” almaqdansa, qiyməti 200-300 min manat civarında olan "BMW”nin 7-ci seriyadan olan sonuncu modelini alıb. Saleh Məmmədov bu maşından xidməti avtomobil kimi istifadə edir. Məlumata görə, ASC sədri əvvəlki xidməti maşınını müavininə verib. Həmin maşın da ucuz deyil. O da "BMW” markalıdır və qiyməti 100 min manata yaxındır. Görünür, Saleh Məmmədov "NAZLifan”da gəzməyi özünə rəva bilmir. Ona görə də ölkə başçısının çağırışını diqqətə almayıb.(Azadliq.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər