BolgeXeber.Com » Xəbərlər » Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR

Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR

15-06-2016, 13:13
Oxunub: 2 442 Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLARTədbirdə çıxış edənlər 23 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışlar

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayonun idarə müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları, N saylı hərbi hissənin əsgər zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildirmişlər.

Bolgexeber.com xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Alı Alıyev demişdir: “Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmişdir. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur”

Tədbirdə çıxış edənlər 23 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışlar.

Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Vurğulanmışdır ki, bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır.

Tədbirdə Yeni Azərbaycan Partriyasına qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim olundu.

Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirildi.

Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
Füzulidə Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR