Bələdiyyə sədrini və ərini öldürən şəxs: "Vəsilə ölməli idi, öldü"
15-06-2016, 13:32
Oxunub: 5 462
Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib
İclasda məhkəmə istintaqının başlanması elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən F. Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, yalnız Vəfadar Əbilhəsənovu öldürdüyünə görə özünü günahkar bilir: "Vəsilə ölməli idi, öldü. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Onu da təsdiqləyirəm. Başqa deyəcəyim bir şey yoxdur".
F. Hüseynov məhkəmədə deyib ki, Vəsilə Əbilsəhənova ilə mübahisəsi yalnız torpaq üstündə olub: "Adamlara torpaq satıb pul almışdım. Sənədləri isə Vəsilə verməli idi, amma vermirdi”.
Bundan sonra zərərçəkmiş şəxs qismində V. Əbilhəsənovanın anası Meyxanım Hüseynova ifadə verib. O bildirib ki, Fədail onların evinə tez-tez gedib, gələn adam olduğu üçün açarları onda olub. Vəfadar Həsənovun atası Sultan Əbilhəsənov isə ifadəsində bildirib ki, həmin gün nəvələri gəlib onu oyadıb: “Çıxanda Vəsiləni gördüm, başını kəsmişdi. Mən bir ildir yaşamıram, hadisə hər gün gözümün önündədir”.
Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
5125 DƏFƏ OXUNUB
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər