Tərtərdə hərbi sursat partlayıb, 8 yaşlı uşaq xəsarət alıb
16-06-2016, 10:21
Oxunub: 3 259
Tərtər rayonun Əskipara kəndinin azyaşlı sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb. Partlayış nəticəsində azyaşlının üzü və ayaqları yanıb
Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Əslən Laçın rayonundan olan məcburi köçkün, Əskipara kənd sakini 8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantılara od vurub. Daha sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb. Yanıq xəsarəti alan azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadanverilən məlumata görə, E. Hüseynli üz nahiyəsi və iki ayaqlarında yanıq xəsarəti ilə xəstəxanaya daxil olub. O, ambulator müalicə aldıqdan sonra evə buraxılıb.
Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir. Onun yaralanmasına səbəb olan hərbi sursatın adı məlum deyil.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər