Cəlilabadın Əliabad kəndinə ilk dəfə təbii qaz verildi-FOTO
16-06-2016, 17:00
Oxunub: 3 596
Bu gün Cəlilabad rayonunun Əliabad kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib
Bolgexeber.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,İcra Hakimiyyətinin məsul işçiləri, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin nümayəndələri iştirak ediblər.Əliabad kəndində keçirilən açılış mərasimlərində çıxış edən Cəlilabad RİH başçısı Əziz Əzizov əhalini təbrik edərək bildirib ki, ölkə prezidenti daim xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.Dövlət proqramına əsasən son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Cəlilabadda da geniş quruculuq-abadlıq işləri həyata keçirilir.Cənab Prezidentin qayğı və diqqəti ilə İyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən 20 km-lik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda asfatlaşdırma işləri sürətlə davam edir,Cəlilabad şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi qurulur, yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir, kəndlərimizin qazlaşdırılması istiqamətində xüsusi iş aparılır. Tədbirdə çıxış edən Cəlilabad RİH başçısının Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlizamin Əzizov . bugünkü əlamətdar hadisə münasibətilə bütün kənd sakinlərini təbrik etdi,“mavi alov”un hər bir ailəyə hərarət, bərəkət və xoşbəxtlik gətirməsini arzuladı.Çıxış edən kənd sakinləri əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşüblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildiriblər. Bildirilib ki, əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastruktur qurulub. Dövlət başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlər həyata keçirildiyi qeyd edilib. Çıxışlardan sonra kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər