AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olmuşlar
16-06-2016, 18:26
Oxunub: 5 126
İyunun 16-da Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasında səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşmüşdür
Baş prokuror cari ilin aprel ayından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normalarını kobudcasına pozaraq qadağan edilmiş kimyəvi tərkibli hərbi sursatlardan istifadə edilməsi, qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində yaşayan mülki əhali arasında itkilərin olması, dinc əhalinin yüzlərlə əmlakına ziyan vurulması barədə məlumat vermişdir.
Bolgexeber.com-a baş prokurorluqdan verilən məlumatda deyilir ki, görüşdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verildiyi, bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm işlərin görüldüyü xüsusi vurğulanmışdır.
Həmməruzəçilər son dövrlər Azərbaycan Respublikası Prezidentinin “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının və Amnistiya aktı haqqında qərarın qəbul edilməsini humanizm prinsipinin bariz nümayişi kimi qiymətləndirmişlər.
Görüş zamanı Azərbaycanda fikir, söz və məlumat azadlıqlarının, siyasi plüralizm prinsiplərinin həyata keçirilməsinin təmin olunması sahəsində xeyli işlərin görüldüyü qonaqların diqqətinə çatdırılmaqla digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak etmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər