BolgeXeber.Com » Xəbərlər » Cahangir Hacıyevin mülklərinin biri tapıldı - 10-u Bakıda, biri Şəkidə, on beşi də Avropada…

Cahangir Hacıyevin mülklərinin biri tapıldı - 10-u Bakıda, biri Şəkidə, on beşi də Avropada…

17-06-2016, 12:53
Oxunub: 2 454 Cahangir Hacıyevin mülklərinin biri tapıldı - 10-u Bakıda, biri Şəkidə, on beşi də Avropada…Şəki sakini Cahangir Hacıyevin bacısına sərt cavab verdi…

Beynəlxalq Bankın sabiq rəhbəri, həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşının barəsində də həbs qətiimkan tədbiri seçildi və onun haqqında 4 aylıq həbs qərarı verildi. Lakin bu qərarı sifariş verənlər yaxşı bilirlər ki, Zamirə Hacıyeva çoxdandır Azərbaycanda deyil, ölkəni tərk edərək vətəndaşlığını qəbul etdiyi Böyük Britaniyada yaşayır… “Azadlıq”a daxil olan məlumata görə, haqqında həbs qəti imkan tədbiri olaraq 4 aylıq həbs qərarı verilən Zamirə Hacıyevanın adına çoxlu mülklər var və bu ailənin əlindən həmin mülkləri almaq istəyirlər. Həm də, təkcə Azərbaycanda deyil, ölkənin xaricində. Bildirilir ki, hazırda Hacıyevlər ailəsinin mülkləri axtarılır və belə mülklərdən biri Çexiyanın paytaxtının səfalı rayonlarından biri olan Çeske Budojeviç şəhərində aşkar edilib. 4 mərtəbəli, əzəmətli və xudmani bu mülk şəhərin lüks məhəllələrindən birində yerləşir və qiyməti də 4 milyon dollardan artıqdır….Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət etmişdi ki…
«Təzadlar» xatırladır ki, hələ bir müddət əvvəl “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva ölkə başçısı İlham Əliyevə müraciət etmişdi… Ə.Hacıyeva müraciətində yazır ki, qardaşı hər zaman İlham Əliyevin siyasətini dəstəkləyib, iqtisadi sahənin inkişafı üçün öz vəzifəsini vicdanla yerinə yetirib: “Sahibkarlara dəstək üçün verilən bütün kreditlər layihələrə xərclənib. Bu gün bunu əyani sübut etmək mümkündür. Düzdür, verilən kreditlərin qaytarılmasında dünyada gedən iqtisadi geriləmə səbəbiylə müəyyən hallarda ləngimələr müşahidə olunur. Bu kreditlər də müəyyən layihələrə yatırılıb. Çox təssüflər olsun ki, onun vəzifədən kənarlaşdırılması və həbs olunması layihələrin həyata keçirilməsinə, tamamlanmasına, xüsusən də problemli kreditlərin həll edilməsinə mənfi təsir etməkdədir…
Həll oluna biləcək bir məsələdən dolayı uzun müddət dövlətçilik ənələlərinə və Sizin siyasi kursunuza sadiq bir məmurun həbs edilməsi ailəmizi çox sarsıdır. Əmin etmək istəyirəm ki, Sizə verilən məlumatlar reallğı əks etdirmir. Kimlərinsə şəxsi ambisiyalarına məhz Cahangir Hacıyev amili mane olduğu üçün onun barəsində Sizə yanlış məlumat verirlər, eyni zamanda mətbuata dezinformasiya ötürürlər. Bu ambisiyaların arxasında duran şəxsin kim olduğu bizə məlumdur və mətbuata gedən reallıqdan uzaq informasiyalar da məhz fürsətcil şəxslərin göstərişi ilə yayılır… Bunu bir vətəndaşın, Azərbaycan xanımının müraciəti olaraq qəbul edin. Sizdən xahiş edirik ki, qardaşım Hacıyev Cahangir Fevzi oğlunun həbsdən azad olunmasına kömək edəsiniz, siyasi kursunuza sədaqətli bir şəxs kimi ona problemlərin həllinə öz tövhəsini verməsinə şans verəsiniz. Çünki o, işlədiyi dövr ərzində Sizə sadiq olub, ölkəmizin adını yüksək tutub, bir çox nominasiyalar üzrə savadlı menecer kimi Azərbaycanımızı müsbət mənada tanıdıb…”.

Şəki sakini Cahangir Hacıyevin bacısına sərt cavab verdi…

«Təzadlar» Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın İlham Əliyevə müraciətini dərc edəndən sonra "Şəki-Bazar" ASC-nin səhmdarlarından olan A.Muradov Əminə Hacıyevaya cavab yazmışdı və "Təzadlar"ın elektron poçtuna göndərmişdi. Məktub-cavabda deyilirdi: «…Əminə xanım, bildiyiniz kimi, "Şəki-Bazar" ASC qardaşınız Cahangir Hacıyevin adı ilə bağlıdır. Siz C.Hacıyevin adına olan bütün müəssisələrə rəhbərlik etmisiniz. O dövrdə nə üçün fikirləşmədiniz ki, yazıq səhmdarlara da ildə 1-2 manat divident verək, onların da ailəsi var? "Şəki -Bazar" ASC kimi bir ticarət obyekti uzun illərdir vergidən yayınır, onda nə üçün dövlətçiliyimizi fikirləşmirdiniz? Möhtərəm Prezidentimizi qəlbən sevən insan, birinci növbədə Dövlətin maraqlarını şəxsi maraqlarından üstün tutmağı bacarmalı idi. Dövlətçiliyimizə xəyanət edən insanları Allah da bağışlamır».

Cahangir Hacıyevin arvadı ölkədən qaçdı…

Beləcə, Cahangir Hacıyevin həyat yoldaşı Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham irəli sürülüb. Qərarda deyilir ki, Z.Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın “Mərkəz” filialının müdirləri olan (ayrı-ayrı vaxtlarda) Sultanov Anar Hüseyn oğlu və Ələkbərov Yusif Kamil oğlu, qeyd olunan filialın müdir müavini, daha sonra müdiri olmuş Abdullayev İlham İlqar oğlu, “Nəqliyyat” filialının müdiri Orucov Kənan Əzizağa oğlu, “Nərimanov” filialının müdiri Cahangirov Məmməd Niyaz oğlu, eləcə də onun yaxın dostu Cavadov Azad Həmid oğlu və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşma Azərbaycan Beynəlxalq Bankının talanmasında iştirak edib və s. Məhkəmə qərarına əsasən Cahangir Hacıyevin təşkilatçılığı və göstərişi ilə həmin qruplaşmanın üzvləri 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa qədər bankdan 10 ədəd plastik kartlar vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında heç bir zəruri sənəd və girov təqdim etmədən çıxarıblar. C.Hacıyevin arvadı göstərilən müddət ərzində həmin plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan cəmi 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb.
Bu pullar C.Hacıyevin arvadı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib.
***
Bu faktlar bir daha göstərir ki, Cahangi Hacıyev və onun ailə üzvləri Beynəlxalq Banka dövlətə məxsus maliyyə təşkilatı kimi deyil, şəxsi obyektləri kimi baxırmış.
Lakin virtualaz.org qeyd edir ki, Zamirə Hacıyevanın bankdan mənimsədiyi pulların cəmi 18 milyon manat təşkil etməsi inandırıcı deyil, bu məbləğ daha yüksəkdir və görünür bankdan bilavasitə onu özü tərəfindən çıxarılan məbləğ 18 milyon manat təşkil edir. Bu, Zamirə Hacıyevanın xırda-para xərcləri, yəni gözəllik salonlarındakı prosedurlar, restoran və istirahət, səyahət xərcləridir…
***
Beləcə, Z.Hacıyevanın saxlanılması üçün məhkəmə həbs qətimkan tədbiri seçib. Lakin məlumdur ki, Z.Hacıyeva artıq bir müddətdir Azərbaycanı tərk edib və xarici ölkələrin birində yaşayır. Bəs onun həbs edilərək ölkəyə gətirilməsi nə dərəcədə realdır? Axı o, artıq xarici ölkənin vətəndaşlığını qəbul edib… Qalır onun barəsində Beynəlxalq axtarış verilməsi, lakin təcrübə göstərir ki, xarici ölkələr belə halda barəsində axtarış verilmiş şəxsi Azərbaycana verməkdə tələsmir…