BolgeXeber.Com » Xəbərlər » İcra başçısı sahibkara təzyiq edir: "Ya imzadan imtina et, ya da restoranını bağla"
İcra başçısı sahibkara təzyiq edir: "Ya imzadan imtina et, ya da restoranını bağla"
17-06-2016, 13:22
Oxunub: 3 714
Neftçalada İsmayıl Vəliyev özbaşınalığı
Neftçlada İsmayıl Vəliyevlə sahibkarlar arasında gərginlik günü-günədən artır.
Bir neçə gün əvvəl Neftçaladan olan 18 sahibkar rayonda yaranmış dözülməz şəraitdən ölkə prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, vergilər naziri Fazil Məmmədova, elologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıblar. Həmin müraciətə imza atanlardan biri olan sahibkar Nazim Əlihüseynov mətbuata müraciət edərək atdığı imzadan imtina edib.
Bolgexeber.com anaxeber.az-a istinadən xəbər verir ki, imtinaya səbəb isə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sahibkara birbaşa təzyiqi ilə nəticələnib. Məlumatda bildirilir ki, İsmayıl Vəliyev "Məkan" restoranının sahibi olan Nazim Əlihüseynova açıq şəkildə bildirib ki, ya atdığı imzadan imtina edəcək, ya da restoranını bağlayıb, gedib evində oturacaq. Təbii ki, bu sözlərdən sonra iş adamı ikinci varianta üstünlük verib və atdığı imzadan imtina edib.
Neftçaladakı mənbəmizdən aldığımız məlumatda bildirilir ki, İsmayıl Vəliyev müraciətə imza atan digər sahibkarlara da təzyiqlər edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər