Hacıqabulda 15-iyun Milli Qurtuluş Günü münasibəti konsert -FOTO
17-06-2016, 15:35
Oxunub: 3 460
Azərbaycanda bütün dövlət bayramlarını özündə əks etdirən, təsdiq edən bir gün “ 15 İyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü”
Bəli biz yaxın 25-ilin tarixinə çevrilib baxsaq 15 iyun tarixini Azərbaycan xalqı üçün əsl bayram olduğunu görərik. Bəli 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi ! Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Bu da respublikada vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycana bu ağır günündə güc yox, ağıllı insan, düşünülmüş siyasətçi lazım idi. Xalqımızın uzaq görən insanları üzünü yalnız Ümummilli Lider Heydər Əliyevə tutdu, bəli onlar düşünürdülər ki, bu dövrdə 1969-1982 illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış işlədiyi dövürdə Azərbaycan xalqı üçün, dövləti üçün çalışmış, ağıllı, savadlı siyasətçi Heydər Əliyev xalqı bu börandan qurtara bilər.
Xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Azərbaycanda uzun müddət davam edən xaosa, anarxiyaya, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, naşı siyasətə, ayrı-ayrı silahlı dəstələrin varlığına son qoydu. Dövlət müstəqilliyimiz və milli azadlığımız məhv olmaq təhlükəsindən qurtuldu.
Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Hər il olduğu kimi Hacıqabul rayonunda 15-iyun Milli Qurtuluş Günü münasibəti ilə keçirilən tədbirlərin yekunu olaraq, HacıqabulMədəniyyət Mərkəzinin kollektivi 15 iyun 2016-cı il tarixində Şəhər mərkəzindəki parkda əhali qarşısında geniş konsert proqramı ilə çıxış etdilər. İncəsənət ustalarının rəngarəng musiqiləri əhali tərəfindən rəğbətlə qarşılandı.
Mehdiqulu Fərəcov, Hacıqabul rayon Mədəniyyət mərkəzinin direktoru
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər