BolgeXeber.Com » Xəbərlər » Xəzər Aslanov Xızını "kantora" çevirib - İTTİHAM VAR

Xəzər Aslanov Xızını "kantora" çevirib - İTTİHAM VAR

18-06-2016, 11:53
Oxunub: 2 266 Xəzər Aslanov Xızını "kantora" çevirib - İTTİHAM VAR Xızı rayonunda icra hakimiyyətinin başçısı Xəzər Aslanovun sahibkarlara qarşı "yürüşləri" ciddi problemlər yaradır

Gundelik-baku.com bildirir ki, bölgənin aqrar sektorunda və yerli sənayedə müşahidə edilən durğunluğun səbəblərini məhz icra strukturları rəhbərlərinin özbaşınalığı ilə əlaqələndirirlər. Düzdür, rayonda dövlət rəhbərliyinin yaşıl işıq yandırdığı bəzi tikinti işləri sayəsində müvəqqəti iş yerlərinin sayı artıb. Daimi iş yerləri isə əvvəlki illərə nisbətən azalmaqda davam edib. Əhalisinin sayı 16-17 min nəfərə çatan Xızıda 2012-ci ildə kiçik sahibkarlıqla məşğul olanların sayı 399 nəfər idisə, son 3-4 ildə bu rəqəm kəskin şəkildə aşağı düşüb. Xızıda fəaliyyət göstərən sənaye müəssisələrinin sayında da heç bir artım olmayıb. Rayonda sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi də xeyli aşağı düşüb. Əgər 2007-ci ildə Xızıda qeyri-dövlət sektoru üzrə sənaye məhsulunun həcmi ümumi məhsulun 52,1 %-ni təşkil edirdisə, hazırda bu sektorda statistika sadəcə yoxdur. Qeyd edək ki, rayonda kənd təsərrüfatı məhsullarının əkin sahələrinin sistematik şəkildə azalması prosesi davam edir. Kəndli torpağını əkib-becərməkdə maraqlı deyil. Digər tərəfdən, əhalinin pay torpaqları bir qrup məmurun nəzarətinə keçməkdədir. Xəzər Aslanovun yerli sahibkarların fəaliyyətinə yersiz müdaxilələri rayonda özəl sektoru çıxılmaz duruma salıb. Bu barədə xeyli nümunə gətirmək olar. Rayonda fəaliyyət göstərən tikinti şirkətlərinin əsasən icra başçısının müavini Azər Əlizadə və başçının qeyri-rəsmi sağ əli sayılan tarix müəllimi Arzu Əzizovun nəzarətində olduğu deyilir. Daha bir maraqlı məlumata diqqət yetirn. Rayonun Tıxlı kəndində 180 şagird yerlik ümumi orta məktəbin yeni binası istifadəyə verilib. Rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin qardaşına məxsus olduğu bildirilən "Cəlal inşaat" şirkətinin tikdiyi bu məktəb binasının smeta dəyəri təxminən 5 milyon manat civarında olub. Lakin Tıxlı camaatı bu qədər vəsaitin heç olmasa yarısının məktəb tikintisinə sərf edildiyinə belə şübhə ilə yanaşır. Tikintidə əsasən yerli materiallardan, xüsusən də rayondakı zavodun istehsal etdiyi qızrmızı kərpicdən və betondan istifadə edilməsi cmeta dəyərini bu hesabla xeyli azaltmalı idi. Digər tərəfdən, məktəbin tələm-tələsik istifadəyə verilməsini təsdiqləyən məqamlar da az deyil. Belə ki, məktəbin ətrafında müvafiq asfaltlama işləri demək olar ki aparılmadığından yağmurlu havalarda palçıqdan tərpənmək olmur. Bunun əziyyətini isə müəllim və şagirdlərlə birlikdə valideynlər də çəkir. Məktəbə aparan kənd yolları isə bundan da betər bərbad haldadır. Bütün bu məqamlar Xızı camaatının icra başçısına inamsızlığını ortaya qoyur. Hamı müvafiq dövlət strukturlarının hərəkətə keçəcəyi günü gözləyir. Qarşı tərəfi də dinləyə bilərik.