Bakı Humanitar Kollecində Talıb «bəlası»
18-06-2016, 12:11
Oxunub: 3 033
Şöbə müdiri tələbələrin qəniminə çevrilib
Bakı Humanitar Kollecində özbaşınalıq pik həddə çatıb. Tələbələr artıq imtahanlar üçün pul ödəməkdən beziblər. Bu barədə JAM.AZ-a həmin təhsil müəssisəsində oxuyan gənclər məlumat veriblər.
Onların bildirdiklərinə görə, hal hazırda Kollecdə biabırçı vəziyyət yaşanır. Belə ki, kollecin şöbə müdiri Talıb müəllim tələbələrin qəniminə çevrilib. Keçmiş direktor İlqar Mahmudovun yaxın adamı olaraq tanınan, lakin sonradan yeni rəhbərliklə əlbir şəkildə fəaliyyətinə davam edən Talıb müəllimin hazırda tələbələrdən pul yığdığı deyilir.
Verilən məlumata görə, Bakı Humanitar Kollecin şöbə müdiri imtahan vermək üçün hazırlıq içində olan tələbələri «kəsiləcəksiniz» deyə qorxudaraq, onlardan pul tələb edir. Verməyən tələbənin isə imtahandan keçmək şansı belə yoxdur. Onun yekunda Talıbı görməsi lazımdır ki, istəyinə çatıb, təhsilinə davam etsin.
Gələn məlumatlarda o da vurğulanır ki, tələbələrdən alınan pulun miqdarı ən azı 50 manatdan başlayır. Bu rəqəm imtahana və müəllimə görə dəyişir və 150 manata qədər yüksələ bilir. Edilən şikayətlərə isə baxan yoxdur. Hətta kollecin yeni rəhbərliyi belə Talıba söz demir. Çünki onların da gəlir gətirəni elə şöbə müdiridir.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov dəfələrlə kollec və digər təhsil müəssisələrində rüşvətin olmadığını, bununla bağlı mübarizə apardığını desə də, ortadakı reallıqlar tərs mütənasiblik təşkil edir. Görünür, ya nazirin Bakı Humanitar Kollleci və oranın şöbə müdiri Talıb müəllimdən xəbəri yoxdur, ya da Talıb müəllimə gücü çatmır. Əks təqdirdə, tələbələrin qəniminə çevrilmiş adamın bu qədər sərbəst hərəkət etməsi qeyri-mümkün görünür.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər