BolgeXeber.Com » Xəbərlər » Sabirabadın İcra başçısı barədə - ŞOK

Sabirabadın İcra başçısı barədə - ŞOK

20-06-2016, 11:49
Oxunub: 3 432 Sabirabadın İcra başçısı barədə - ŞOKSaxta diplomlu 65 yaşlı idarə müdiri Elxan Əsədova və onun qızı Könül Əsədovaya qahmar çıxanlar

Təhsil Nazirliyinin təşəbbüsü ilə bu ilin aprel ayında direktor olmaq istəyən müəllimlərlə bağlı imtahan keçirildi. Amma bu imtahan Sabirabadın icra başçısı Nazim İsmayılov üçün arzuolunmazdır. Rayondakı mənbənin TİA.AZ-a verdiyi məlumata görə, buna səbəb imtahanlarda yüksək nəticələr əldə edənlərin “xahişi”nin edilməməsidir. Bu məqsədlə 16 məktəbin əldən çıxmasına yol verməmək üçün İsmayılov rayon Təhsil şöbəsi müdirinin müavini Azər Quliyevlə işbirliyinə girib: "Azər Quliyev də bu “oyun”dan qazanclı çıxacağını fikirləşib gözaltı elədiyi “pullu-paralı” direktorluğa namizədləri bir-bir İsmayılovla görüşdürüb. A.Quliyev boş qalmış şöbə müdiri vəzifəsini tutmaq üçün böyük canfəşanlıq göstərib (Haşiyə çıxaq ki, onun yaltaqlığı işə yaramayıb. Şöbə müdirliyinə başqa biri təyin olunub).
Elə birinci görüşündə Azər başçıya onun “xeyir-dua”sıyla təhsil üzrə regional maliyyə mərkəzinin müdiri olmuş Elxan Əsədovun qızı Könül Əsədovanı təqdim edir. Elxan Əsədovun kimliyi artıq kütləvi informasiya vasitələrindən hamıya tanışdır. Sabirabadda o da məlumdur ki, texnikom təhsilli Elxan 4-5 il əvvəl mədəniyyət şöbəsinin mühasibi işləyəndə, yəni 60 yaşı olanda Rusiyadan özünə saxta diplom “düzəltdirə” bilmişdir. Elxanın - 65 yaşlı bir şəxsin yenicə yaradılmış regional bir vəzifəyə irəli çəkilməsinə uzun illər onunla birgə işləyən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanov dəllallıq edib. O, bu işə dostu Prezident Admistrasiyasının Sabirabad üzrə kuratoru İbrahim Mustafayevi, əslən sabirabadlı olub hazırda Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri olan Rauf Orucovu cəlb edib. Başda Nazim İsmayılov olmaqla bu üçlük saxta diplomlu, 65 yaşlı birisinə “dayı”lıq ediblər. Bilmirlər ki, bu əməlləri ilə onlar birbaşa Prezidentə qarşı çıxıblar. Saxta diplom cinayətdir, 65 yaşlının böyük vəzifəyə gətirilməsi isə dövlət başçısının sərəncamını vecə almamaqdır.
Bu oyunbazlıqdan sonra başçı Nazim İsmayılov onun qızı Könül Əsədovaya da “xeyir-dua”sını verib. Onu qəbul edəndə cəmi 5 ay Nızami Gəncəvi adına məktəbdə yarım ştatla işlədiyini, kollektiv arasında intiriqaçı, nevroz kimi xarakteriza olunduğunu nəzərə almayıb. Hətta bu xanımın YAP-ın üzvü olmamasına belə əhəmiyyət verməyib. Nəticədə artıq Könül Əsədova Nizami Gəncəvi adına məktəbin direktorunu əvəz edir.
Lakin Lənkəranda ali təhsil alan Könül Təhsil Nazirliyinin imtahanından keçə bilmədiyi üçün başçını pis vəziyyətdə qoyub. Çarəsiz qalan Nazim İsmayılov indi bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, həmin yerə biliyi ilə keçən şəxsi ləkələməklə onu direktorluqdan kənarlaşdırmaq istəyir.
Bununla o nazirlikdə biliyi ilə qalib gələn direktor barəsində pis rəy formalaşdırmaq və nəticədə onun müsahibə mərhələsindən keçməməsi üçün bütün kanallarını işə salıb. Axı niyə də salmasın, ortada 30 min var. Bu məqsədlə başçı nazirə məktub yazmaqdan belə çəkinməyib.
Nizami Gəncəvi adına 5 saylı məktəbin kollektivi isə ciddi narahatdır. Psixoloji cəhətdən səhəttində problemlər olan bu xanımın iki aylıq “direktorluğu” dövründə məktəb bərbad vəziyyətə düşüb. Artıq valideynlər yeni dərs ilində uşaqlarını bu məktəbdən çıxarmaq barədə düşünürlər.
Ataların yaxşı bir məsəli var. Dəli quyuya bir daş atdı, yüz ağıllı yığışıb çıxara bilmədi. Burada isə vəzifəl şəxslərin köməyi ilə quyuya qara daş atılıb. Qanunsuz əməllər törədilib. İndi rayonda hamı bu pisliklərdən xilas olmaq istəyir, ancaq bacarmır. Bilisiz niyə. Çünki bu dəhşətlərin arxasında icra başçısı Nazim İsmayılov, Təhsil Nazirliyuinin şöbə müdiri Rauf Orucov və Prezident Administrasiyasnın işçisi İbrahim Mustafayev dayanır.
Çox təccüblüdür. Sosial şəbəkədə, elektron portallarda dəfələrlə yazılan saxta diplomlu, 65 yaşlı birisinin – Elxan Əsədovun vəzifəyə gətirilməsi, onun qızı Könül ilə və yeznəsi Azərlə bağlı vəzifəli şəxslərin törətdikləri saxtakarlıqlara niyə reaksiya yoxdur. Məgər bu deyilənləri araşdırmaq o qədər çətindir. Axı bu dövlətə inamı sarsıdır."