BolgeXeber.Com » Xəbərlər » Yevlax ƏSMM-in direktoru daha hansı bəhanələr axtaracaq? - FOTOFAKT

Yevlax ƏSMM-in direktoru daha hansı bəhanələr axtaracaq? - FOTOFAKT

20-06-2016, 14:33
Oxunub: 3 343 Yevlax ƏSMM-in direktoru daha hansı bəhanələr axtaracaq? - FOTOFAKTŞəhid Rəfael Əhmədovun anası İrina Əhmədova isə qeyd edir ki, onlara edilən təzyiqlər, haqsızlıqlar elə bir həddə çatıb ki, təkcə özü və ailə üzvlərini deyil, eləcə şəhid oğlunun nəşini də götürüb Azərbaycanı tərk etmək istəyir

Ötən günlərdə Yevlax rayonunda baş verən müdhiş bir hadisə ilə bağlı məlumat vermişdik. JAM.AZ-a müraciət edən şəhid atası Mətləb Əhmədov bidldirmişdi ki, oğlu Rəfael Əhmədov 1999-cu ildə cəbhənin Füzuli rayonu istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində ağır yaralanıb, bir neçə gün sonra hərbi qospitalda dünyasını dəyişib. Lakin Yevlax Əhalinin Əmək və Sosial Müdafiəsi Mərkəzinin rəhbəri Zərifə Əzizova Mətləb Əhmədovun qaldırdığı məsələni inkar etməklə yanaşı, həm də oğlunun şəhidlik statusunu ləğv etdirmək üçün bütün vasitələrə əl atıb.
Qeyd edək ki, Zərifə Əzizova prosesi ilk olaraq Yevlax Məhkəməsində uduzsa da, bununla kifayətlənməyərək işi Şəki Apelyasiya Məhkəməsinə qədər daşıyıb. Lakin Şəki Apelyasiya Məhkəməsi ilkin instansiyanın qərarını ləğv edib. Sonuncu mərhələ olan Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Və şəhid atasına tövsiyyə ediblər ki, yenidən müraciət edərək, prosesi ilkin mərhələdən başlaya bilər.
Mətləb Əhmədov üzləşdiyi bu haqsızlıqdan dolayı bütün rəsmi qurumlara müraciət edib. Lakin heç bir dövlət qurumu onun səsinə səs verməyib. Yeganə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən başqa. Ötən gün redaksyimıza oğlunun şəhid olmasını təsdiq edən və bu statusa layiq görünldüyünü əks etdirən sənədi təqdim edən Mətləb Əhmədov vurğulayıb ki, bundan sonra Zərifə Əzizovanın hansı bəhanələr gətirəcəyinin marağındadır. Onun sözlərinə görə, Yevlax ƏSMM-in direktorunun hərəkətləri ona və ailə üzvlərinə qarşı haqsızlıqdan başqa bir şey deyil. «Mən oğlumu doğma vətənim Azərbaycanın torpaqlarını qorumaq üçün böyütdüm. Əsgərliyə yola saldım. Vətəni qorumaq üçün cəbhə xəttində olanda da dəstəyimi əsirgəmədim. Bəzi valideynlər kimi pul verib, uşağımı arxa cəbhəyə də saldıra bilərdim. Amma etmədim, çünki o da bu torpağın oğluydu və onu qorumaq oğlumun da haqqıydı. Lakin yerli məmurların, Zərifə Əzizova kimilərin pula görə şəhid ailəsinə qarşı bu qədər amansız, qəddar davranması, övladım döyüş tapşırığını yerinə yetirərkən şəhid olmasını inkar etməsini qəbullana bilmirəm».
Şəhid Rəfael Əhmədovun anası İrina Əhmədova isə qeyd edir ki, onlara edilən təzyiqlər, haqsızlıqlar elə bir həddə çatıb ki, təkcə özü və ailə üzvlərini deyil, eləcə şəhid oğlunun nəşini də götürüb Azərbaycanı tərk etmək istəyir. «Mən Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu məmur özbaşınalığının qarşısını alsın. Bizə bu işdə yardımçı olsun. Bu qədər təzyiqin qarşısında duruş gətirmək, bunca ədalətsizliyə dözə bilmirik. Mən ümid edirəm ki, dövlətimizin başçısı səsimizi eşidib, məmur özbaşınalığına son qoyacaq və bizim qanuni haqqımızın tanınmasına yardımçı olacaq. Əks təqdirdə, mən, həyat yoldaşım və ailə üzvlərim şəhid oğlumuzun nəşini də alıb ölkədən getmək məcburiyyətində qalacağıq».
Məsələ ilə bağlı ilgili qurumların da mövqeyini dərc etməyə hazırıq.
Yevlax ƏSMM-in direktoru daha hansı bəhanələr axtaracaq? - FOTOFAKT
Yevlax ƏSMM-in direktoru daha hansı bəhanələr axtaracaq? - FOTOFAKT