BolgeXeber.Com » Xəbərlər » İcra başçısı xalqın etirazına səbəb olan deputatın xalası oğluna yüksək vəzifə verdi
İcra başçısı xalqın etirazına səbəb olan deputatın xalası oğluna yüksək vəzifə verdi
21-06-2016, 13:29
Oxunub: 3 344
O, Sabunçu Rayon İcra başçısının Balaxanı qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilib
Bir neçə gün bundan əvvəl saytımızda Sabunçu Rayon İcra hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyyasının sədri Səttar Mehbalıyevin xalası oğlu, Vüqar Əsədovun icra başçısı Adil Vəliyevin əmri ilə işdən azad olması haqda məlumat vermişdik.
Bu gün əldə etdiyi məlumata görə, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev Vüqar Əsədova yenidən vəzifə verib. O, Sabunçu Rayon İcra başçısının Balaxanı qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilib. İcra başçısının digər əmri ilə, Vüqar Əsədovun müavini işləmiş İlqar Hüseynov isə icra başçısının Zabrat qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilib.
Vüqar Əsədov Bizimyol.info -ya açıqlamasında məlumatın doğru olduğunu təsdiq edib. Qeyd edək ki, bir müddət əvvəl Vüqar Əsədovun yeni təyin olunduğu Balaxanı qəsəbəsində sakinlər etiraza qalxmış, icra başçısı Adil Vəliyev vətəndaşları qəbul edərək onların problemlərini həll etmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər