Hacıqabulda “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi
21-06-2016, 15:43
Oxunub: 3 465
Tədbir rayonun bütün idarə, təşkilatlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə Mərkəzin Kino zalında keçirildi
21.06.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi. Tədbir rayonun bütün idarə, təşkilatlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə Mərkəzin Kino zalında keçirildi.Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Zeynab Əsgərova açdı və qeyd etdi ki, gənc, yeniyetmə və dərin savadı olmayan insanları dinin pərdəsi altında, özləri də fərqində olmadan yoldan çıxaran radikal qrumlarla mübarizə aparmaq bütün ziyalıların borcudur. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdimatında “Fitnə” sənədli filminə tamaşa etdilər.Sonda tədbir iştirakçılarından rayon Ziyalılar Cəmiyyətinin sədri Şükür Məmmədov, rayon İcra Hakimiyyətinin əməkdaşı, dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev və başqaları çıxış edib öz fikirlərini bölüşdülər, rayonun bir sıra kəndlərində bu sahədə işlərin daha diqqətdə saxlanılması və “Fitnə” sənədli filminin daha geniş auditoriyalarda nümayişinin təşkil olunması nəzərdə tutuldu.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər