BolgeXeber.Com » Xəbərlər » ANS-i biabır edən gənc müxbirlə bağlı – İlginc məlumatlar (FOTO,VIDEO)

ANS-i biabır edən gənc müxbirlə bağlı – İlginc məlumatlar (FOTO,VIDEO)

22-06-2016, 10:33
Oxunub: 3 696 ANS-i biabır edən gənc müxbirlə bağlı – İlginc məlumatlar (FOTO,VIDEO)  Formula-1 yarışları zamanı ANS-in canlı efirindəki “nitqi” ilə ciddi müzakirə mövzusuna çevrilən müxbirlə bağlı maraqlı məlumatlar ortaya çıxıb

Arif Mustafayevin ANS-in rəhbərliyi ilə qohumluq əlaqələri var. Bildirilir ki, A.Mustafayev ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin əmisi Arif Mustafayevin nəvəsidir.

Elə azyaşlı Arifə də babasının adı qoyulub.

Digər bir məlumata görə, A. Mustafayev kifayət qəfət nüfuzlu ziyalı olub. Onun vaxtilə sabiq prezident Heydər Əliyevin köməkçisi kimi çalışdığı bildirilir. Daha sonra isə A. Mustafayev ANS-də müşavir vəzifəsində işləyib.aznews.az

Ölkə.Az-ın əməkdaşı ANS telekanalının son günlər sosial şəbəkələrin fenomeninə çevrilmiş idman müxbiri Arif Mustafayevlə əlaqə saxlayıb. Ancaq Mustafayev ətrafında yaranmış məlum ajiotajla bağlı qısa danışıb: "Xahiş edirəm, bu məsələni təzədən qaldırmayaq. Bu haqda danışmağa ehtiyac görmürəm". Arif Mustafayev ANS rəhbərliyi ilə qohum olması barədə suala isə ümumiyyətlə cavab vermək istəməyib: Xatırladaq ki, "Formula" 1 yarışları zamanı 20 yaşlı gənc müxbirin canlı yayıma qoşularkən qışqıra-qışqıra və rabitəsiz nitqi iki gündür sosial medianın müzakirə mövzusudur.

ANS-i biabır edən gənc müxbirlə bağlı – İlginc məlumatlar (FOTO,VIDEO)