Qormaz Hüseynova son zərbə: “Azərsu”nun bank hesablarına həbs qoyuldu
23-06-2016, 11:25
Oxunub: 3 508
Azərbaycan Vergilər Nazirliyi büdcə öhdəliklərini tam yerinə yetirməyən vergi ödəyicilərinə qarşı sərt addımlara start verib
Vergilər Nazirliyinin qəzəbinə tuş gələn dövlət qurumlarından biri də “Azərsu” ASC-dir. Saytımıza daxil olan informasiyada bildirilir ki, artıq qurumun bütün bank hesablarına həbs qoyulub, bu isə öz növbəsində “Azərsu”da maaşların ödənməsi ilə bağlı ciddi problemlər yaradıb.
Xatırladaq ki, “Azərsu” ASC-nin vergi borcları məsələsi uzun müddətdir ki, gündəmdədir. Əvvəllər dövlət büdcəsinə ödənmələrdəki kəsirlə bağlı müəyyən güzəştlər tətbiq edilirdisə, artıq həmin güzəştlərdən söhbət belə gedə bilməz.
Belə ki, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması fonunda dövlət büdcəsini doldurmaq üçün vergilər naziri Fazil Məmmədovun üzərinə öhdəlik qoyulması onu hakimiyyətdəki oliqarxlarla üz-üzə qoyub. Bu baxımdan hazırda durumu daha ağır olan məmur-oliqarxlardan biri məhz “Azərsu” sədri Qorxmaz Hüseynovdur.
Məlumatda həmçinin qeyd olunur ki, may ayından etibarən “Azərsu” ASC-nin tabeçiliyindəki idarələrdə maaşların verilməsinə qoyulan qadağa Qorxmaz Hüseynova qarşı daxili narazılığın artmasına səbəb olub. Əmək haqqlarının vergi yoxlamalarının tam olaraq yekunlaşmasından sonra ödənəcəyini bildirən mənbəmiz təftişlərin yaxın zamanda bitəcəyini düşünmür: “Bu yoxlamalar təkcə vergi borcları ilə bağlı olmayıb, həm də “Azərsu”dakı yeyinti faktlarını əhatə edəcək. Yoxlamaların yekunu olaraq Qorxmaz Hüseynovun görəvindən alınacağı da mümkün ehtimallar arasındadır. Qurumda Qorxmaz Hüseynovun yaratdığı qohum-əqraba şəbəkəsi, dövlət vəsaitinin mənimsənilməsi, ödənişlərin yığılmasındakı maxinasiyalar, su və kanalizasiya xətlərinin çəkilişindəki ciddi nöqsanlar sədri çıxılmaz duruma sala bilər”.(24saat.org)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər