BolgeXeber.Com » Xəbərlər » Mərkəz rəhbəri Mahmudovun kassetlərindən niyə narahatdır?

Mərkəz rəhbəri Mahmudovun kassetlərindən niyə narahatdır?

23-06-2016, 12:51
Oxunub: 2 362 Mərkəz rəhbəri Mahmudovun kassetlərindən niyə narahatdır?Malik Vəliyev mütəmadi olaraq getdiyi oteldə çəkilişinin aparıldığından əndişələnib

Adı son günlər bir çox qalmaqallara qarışmış təhsil işçisi Malik Vəliyevin 10 saylı Ərazi Hesablama Mərkəzinin rəisi təyinatı aldıqdan sonra durum bir qədər fərqli şəkil alıb. JAM.AZ xəbər verir ki, uzunmüddət Laçın Təhsil Şöbəsinə rəhbərlik edən Vəliyevin burada hansı dəhşətli yeyintilərə yol verdiyini bilməyən yoxdur. Saxta diplomlu müəllimlərin işə götürülməsindən tutmuş, büdcə vəsaitlərinin mənimsənilməsi üçün həyata keçirilən bütün mexanizmlərinin təməlində isə pul qazanmaq dururdu. Elə bu səbəbdəndir ki, böyük əksəriyyət onun mərkəzə rəhbər getməsinə təəccüblə yanaşırlar. Ki, Təhsil Nazirliyi bu adama niyə bu qədər etimad göstərib?
Əslində, Malik Vəliyev ona göstərilən etimadın arxasında nələrin dayandığını açıb, ortaya qoyub. JAM.AZ xəbər verir ki, 10 saylı Ərazi Hesablama Mərkəzinin rəisinin təhsil naziri Mikayıl Cabbarova 300 min manat verdiyi və bu pulu çıxarmaq üçün təhsil şöbələrinin müdirlərini sıxma-boğmaya saldığı xəbərləri yayılıb. Dünən isə ortaya Vəliyevin dilindən başqa bir etiraf çıxıb.
Məlum olduğu kimi, bir müddət əvvəl sabiq MTN rəhbəri Eldar Mahmudovun əlində 2800 videogörüntü olduğu barədə xəbər yayılmışdı. Həmin xəbərdə vurğulanırdı ki, bu görüntülər əsasən ayrı-ayrı məmurların intim hərəkətlərini ehtiva edib və məqsəd şantaj yolu ilə kimlərdənsə pul tələb etmək imiş.
JAM.AZ-a çatan məlumatlara görə, bu barədə xəbərlər yayıldıqdan sonra Malik Vəliyev ciddi şəkildə narahat olub. Belə ki, o, iş yoldaşları ilə söhbət əsnasında bildirib ki, Mahmudovun çəkilişləri içində ona aid hissələr də ola bilər. Çünki onun mütəmadi olaraq əylənməyə getdiyi restoranlardan biri MTN-lə əlaqələri olduğu aşkarlanmışdı. Hətta narahatlığından dostundan xahiş edib ki, birlikdə həmin restoran-otelin müdriyyətliylə görüşə birlikdə getsinlər. Əgər belə bir şey varsa, başlarının çarəsinə baxsınlar.
Qeyd edək ki, Laçın Təhsil Şöbəsinin müdiri işləyən zaman Malik Vəliyevin direktor və müəllimləri sıxışdıraraq, pul yığmasından xəbərdar idik. Malik Vəliyevin də digərləri kimi, musiqiyə qulaq asmaq, yeyib-içmək haqqıdır. Amma o həddə yox ki, Eldar Mahmudovun otellərinə tuş gələcəsən.
P.S. Malik Vəliyevin mütəmadi olaraq baş çəkdiyi otelin adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələrdən sonra açıqlayacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.