BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda rəis müavini işçilərinə bağban kimi baxır

Cəlilabadda rəis müavini işçilərinə bağban kimi baxır

24-06-2016, 09:59
Oxunub: 4 155 Cəlilabadda rəis müavini işçilərinə bağban kimi baxırCəlilabadda rəis müavini işçilərinə bağban kimi baxırEldar Səfərov işçisi Yasin adlı polis əməkdaşına bağını sualatdırır, ağaclarına qulluq etdirir

Uzun illərdən bəri ölkədə asayişi uğurla həyata keçirən Azərbaycan polisinin içində neqativ işlərlə məşğul olan, tutduğu vəzifəsindən sui-istifadə edənlər də az olmayıb. Cənab nazir Ramil Usubovun qətiyyətli addımları, tutarlı tədbirləri və həyata keçirdiyi islahatlar nəticəsində polis adına yaraşmayan hərəkətlərə yol verən rütbə sahibləri ya işdən azad edilib, ya da məsuliyyətə cəlb edilib. Elə Cənab Nazir özü də dəfələrlə bəyan edib ki, bu cür hallara yol verənlərə qarşı barışmaz mövqedə dayanacaq.

Amma bütün bunlara baxmayaraq, tutduğu qulluq mövqeyindən sui-istifadə edərək, işçilərinə asayişi qoruyan nəfər olaraq deyil, qulluqçu kimi yanaşan polis zabitləri hələ də var. Politika.Az xəbər verir ki, Cəlilabad rayon Polis Şöbəsinin rəisi müavini Eldar Səfərov belələrindən biridir. Onun Şiləvəngə kəndində bağ evi var və orada mühafizəçiyə və bağbana ehtiyac yoxdur. Ona görə ki, Eldar Səfərov bu işlərdə özünün tabeçiliyində olan işçilərindən istifadə edir.

Redaksiyamıza göndərilən fotolardan da aydın görünür ki, Eldar Səfərov işçisini bağban kimi işdədir. Həmin polis işçisinin adı isə Yasindir. Bu adam rəis müavininin həyətini suvarır, bağbanlıq edir. Maraqlıdır, iş vaxtı polis əməkdaşı niyə rəisinin həyətini suvarmalı, ağaclara qulluq etməlidir? Axı, bu polisin vəzifəsi deyil.

Cəlilabad sakinlərinin verdiyi məlumata görə, Eldar Səfərov rayonda «ad çıxarıb». Onun bir sıra işlərlə məşğul olduğu deyilir. Hətta sakinlər bildirirlər ki, rayonda ən çox haqsızlıq edən şəxslərdən biri də elə rəis müavinidir.

politika.az