BolgeXeber.Com » Xəbərlər » Oqtay Əsədov Zahid Orucun cəzalandırılmasını istədi-"Özünü aparmağı bacarmırsan"

Oqtay Əsədov Zahid Orucun cəzalandırılmasını istədi-"Özünü aparmağı bacarmırsan"

24-06-2016, 14:10
Oxunub: 2 521 Oqtay Əsədov Zahid Orucun cəzalandırılmasını istədi-"Özünü aparmağı bacarmırsan"Milli Məclisin plenar iclasında qanun layihələrinin müzakirəsi zamanı spiker Oktay Əsədov və millət vəkili Zahid Oruc arasında mübahisə yaşanıb

İclasda ilk məsələnin, Azərbaycan mallarına taxifre sisteminin tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc fərqli fikirlər söylədi. O, Avropa Birliyinin dağıldığı ərəfədə belə bir addımın atılması zamanı olduqca ehtiyatlı olmağa çağırdı. Qeyd edək ki, alınan mallara görə əcnəbilər ƏDV-nin ödənilməsindən azad olunur.

Onun dediklərinə spiker Oqtay Əsədov irad tutdu: “Ay Zahid Oruc, Azərbaycan taxifre tətbiq olunan 131-ci ölkədir. Məgər Avropa İttifaqı yox idi, taxifre yox idi?” Bundan sonra Z.Oruc sədrin dediklərinə reaksiya verdi. Deputatın yerindən danışmasına spikerdən sərt reaksiya gəldi: "Demişdim kənar fikirlərə imkan verməyəcəyəm, amma səsini kəsmədin”. Z.Orucun yerdən cavabı gələndə O.Əsədov ona daha sərt şəkildə səsləndi: “Özünü qabiliyyətli apar! Danışdın, səni də başa saldlq”. Bundan sonra Z.Orucun onun dediklərini cavablandırması gərginliyi artırdı. Ancaq deputatın mikrafonsuz danışması səbəbindən dedikləri eşidilməz oldu. O.Əsədov isə “sən artıq həddinin aşıbsan, özünü aparmağı bacarmırsan”. Z.Oruc yenidən çıxışa yazılacağını dedi. Sədr isə “Səni yazılmağa da qoymayacağam. Sənin özünü aparmaq qabiliyyətin yoxdur. Sənin aparmaq qabiliyyətini gördüm. Çox səviyyəsiz...” deyəndə Z.Oruc yenə də sədrin dediklərini cavablandırdı.

Bundan sonra söz Səyavuş Novruzova verildi. Z.Oruc danışanda S.Novruzov onu sakitləşdirdi: “Zahid, biz gərək burda etika qaydalarına triayət edək. Azərbaycanda böyük-kiçik var. Fikrini bildirdin, qurtardı”.

Deputat Cavid Qurbanov isə “mənim Zahid Oruca da hörmətim var, xahiş edirəm adını çıxışçılar siyahısından silsin və səs verək, qanunu qəbul edək” dedi. Bundan sonra səsvermə ilə qanun qəbul edildi.

*********

Millət vəkili Zahid Orucla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.

Bununla bağlı bu gün spiker Oqtay Əsədov İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib.

O. Əsədov komissiyanın iclasında Z. Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.

Qeyd edək ki, MM-in bugunkü iclasında spikerlə deputat arasında mübahisə yaranıb. O. Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z. Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb.

“Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər. Ancaq Milli Məclis üzvünün Milli Məclis sədri ilə söz güləşdirməsi qəbuledilməzdir”.

Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

A. Abıyev bildirib ki, Milli Məclis sədrini Milli Məclisin üzvləri seçib: “Spikerin vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Milli Məclis sədri deputatın mövqeyini müdafiə də edə, razı olmaya, irad bildirə bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi”.

A. Abıyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatıdırıb: “Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarış belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq”.

Qeyd edək ki, MM-in bugunkü iclasında spikerlə deputat arasında mübahisə yaranıb. O. Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z. Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb.