Argentina prezidenti Messidən komandada qalmasını istədi
28-06-2016, 13:54
Oxunub: 3 207
O, tvitinə #NoTeVayasLio (Getmə Leo) heştaqı əlavə edib
Argentina prezidenti Maurisio Makri ölkə yığmasının hücumçusu Lionel Messiyə şəxsən zəng edərək milli komandanı tərk etməməsini xahiş edib.
Oxu.Az bu barədə “France-Presse” agentliyinə istinadən xəbər verir.
Ötən bazar günü ABŞ-da keçirilən Amerika kubokunun finalında argentinalılar penalti seriyasında Çili yığmasına 2:4 hesabı ilə məğlub olublar. Messi 11 metrədən zərbəsini yerinə yetirə bilməyib. Oyundan dərhal sonra beşqat “Qızıl top” sahibi öz karyerasının sona çatdığını bildirib.
“Prezident Messiyə zəng edib, yığmasının oyunu zamanı duyduğu qürur hissindən danışıb və ondan tənqidlərə məhəl qoymamağı xahiş edib”, - dövlət başçısının nümayəndəsi agentliyə bildirib.
O, tvitinə #NoTeVayasLio (Getmə Leo) heştaqı əlavə edib. Bununla argentinalılar 29 yaşlı məşhur oyunçunun qərarından dönməsini istəyirlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər