BolgeXeber.Com » Xəbərlər » Xaçmaz Suvarma Sistemlәri İdarәsinin milyonçu rәisi

Xaçmaz Suvarma Sistemlәri İdarәsinin milyonçu rәisi

30-06-2016, 09:41
Oxunub: 3 051 Xaçmaz Suvarma Sistemlәri İdarәsinin milyonçu rәisiXaçmaz Suvarma Sistemlәri İdarәsinin rәisi Vaqif Sәlimov 2 milyonu pul saymır

Teref.infonun poçtuna daxil olan bu şikayət məktubunu sizə təqdim edirik. Şikayətçi Anar bəy yazır:
Xaçmaz Suvarma Sistemlәri İdarәsinin rәisi Vaqif Sәlimov 2 milyonu pul saymır.Әhmәd Әhmәdzadәnin tapşırıqlarına barmaqarası yanaşan mәmur mütlәq
cәzalandırılmalıdır.
Ölkәmizdә digәr peşә sahәlәri kimi, meliorasiya vә su tәsәrrüfatı işçilәrinin әmәyi dә çox qiymәtli vә şәrәfli sayılır. Meliorasiya vә su tәsәrrüfatı işçilәri o insanlardır ki, mәhz onlar susuz әrazilәri su ilә tәmin etmәli, şorlaşmış sahәlәri duzlardan tәmizlәmәli, bataqlıqları qurudub, bәndlәr vә dambalar tikilmәklә çayların axınları tәnzimlәmәli vә ölkә әhalisinin ekoloji cәhәtdәn tәmiz әrzaq mәhsulları ilә etibarlı tәminatı üçün әlverişli şәrait yaradan şәxslәrdir.
Meliorasiya vә su tәsәrrüfatı işçilәrinin әmәyinin әhәmiyyәtini nәzәrә alan ulu öndәr Heydәr Әliyev 1996­cı il iyunun 5­ dә Müstәqil Dövlәtlәr Birliyi ölkәlәri arasında ilk
dәfә olaraq “Meliorasiya vә irriqasiya haqqında”Qanunu imzaladı. Amma Xaçmaz Suvarma Sistemlәri İdarәsinin rәisi Vaqif Sәlimov tam әksinә edir, yәni belә desәk daha doğru olar ki, Vaqif müәllim öz cibi üçün әlverişli şәrait yaradır.İcra başçısı Şәmsәddin Xanbabayevә “yaxşı qulluq” etdiyindәn idarә müdirinә gözün üstündә qaşın deyәn yoxdur. İdarә rәisinin maliyyә maxinasiyaları vә dövlәtdәn mәnimsәdiyi yüz min manatlarla vәsaitlәr isә dövlәtin vә Xaçmazın inkişafına deyil, mәhz Vaqif Sәlimovun qanunsuz biznesinin hәyat şәraitinin çiçәklәnmәsinә sәrf olunur. İdarәnin hәyәtindәki satışa hazırlanmış dövlәtin yanacağı diqqәti xüsusi çәkir.
İdarә rәisi Vaqif Sәlimovun gәliri idarәyә ayrılan yanacağın müxtәlif adlarla silinib mәnimsәnilmәsi prosesindәndir.
Daha sonra şikayətçi teref.info-ya yazır ki, Suvarma Sistemlәri İdarәsindә adları olub özlәri işә çıxmayan işçilәrin mәvacibinin mәnimsәnilmәsi vә hәr il bir neçә avadanlığın nasos vә s. ehtiyat hissәlәrinin alınması hesabına pul mәnimsәmәlәri әsasәn köhnә avadanlıqların tәzә kimi rәsmilәşdirilmәsindәn, idarәdә çalışan şәxslәri ixtisara salacağı ilә hәdәlәnmәsindәn alınır. Deyilәnә görә, bu әmәliyyatlardan Vaqif Sәlimov yüz minlәrlә qazanc götürür. Hәtta, onun lazım olduqda özünә sәrf bir şәkildә “Meliorasiya vә Su Tәsәrrüfatı” ASC­nin müavinlәrinә yalan mәlumat verdiyi dә daxil olan mәlumatlarda göstәrilir. Daxil olan mәlumatda bildirilir ki, son ildә Xaçmazda Vaqif Sәlimovun idarәsinә 2 milyon manata yaxın vәsait ayrılıb. Ayrılan vәsaitlәr maşın avadanlıqlarının, tikinti materiallarının alınmasına vә müxtәlif işlәrin görülmәsi adı altında xәrclәnib. Әslindә, ortada nә alınan, nә dә görülәn dәyәrli heç nә yoxdur. Xaçmaz sakinlәrinin kәnd tәsәrrüfatında vә hәyәtyanı sahədə istifadə etdikləri suyun pulunu yığırlar.
İdarә rәhbәrinin adamları heç bir sәnәd, qәbz vermәdәn bütün Xaçmaz sakinlәrindәn il boyu pul yığmaqla mәşğul olurlar. İl әrzindә su pulu yığımından Suvarma Sistemlәri idarәsinin büdcәsinә yarım milyon manata yaxın qazanc daxil olduğu bildirilir. Belә ki, әkin sahәlәrinin suvarılması üçün 1 ha sahәyә görә hәr dәfә suvarılma üçün 8 manat, hәyәtyanı sahәlәr üçün isә ayda 4 manat vәsait yığılır. Xaçmaz rayonunda ümumilikdә 50 min hektara yaxın әkilәn sahәlәr olduğu da bildirilir. Hәmin vәsaitin böyük hissәsi sәnәdlәşdirilmәdәn mәnimsәnilir, ancaq cüzi bir hissәsi isә gözdәn pәrdә asmaq naminә idarәninin büdcәsinә köçürülür.
Mәlumata görә, Vaqif Sәlimov Xaçmazda әn varlı mәmurların siyahısındadır. Bildirilir ki, o,artıq yaxın әtrafının yanında milyoner olduğunu belә gizlәtmir vә Xaçmazda çoxları Vaqif Sәlimovu elә belә dә qәbul edir. Mәlumatda o da qeyd olunur ki, mini­oliqarx Vaqif Sәlimovun Xaçmazda bir neçә obyekti, Xudatda, qonşu
Quba rayonunda dәbdәbәli imarәtlәri, Bakışәhәrindә 4 mәnzili vә qiymәti 60 mindәn başlayan bir neçә xarici avtomobili, Bakının gur yerlәrindә bir neçә biznez
strukturu var.
Bu hәlә idarә müdirinin bilinәn mal valığıdır. Yәni aysberqin görünәn üzüdür. Әslindә, Vaqif Sәlimovun mal varlığının bilindiyindәn qat­qat artıq olduğu deyilir.
Hәmçinin idarә rәisinin tam bir oliqax kimi hәr il xarici ölkәlәrә müalicә adı ilә aylarla istirahәtә getdiyi dә qeyd olunur.
Anar Məmmədov
Qarşı tәrәfin dә fikirlәrini dinləməyə hazırıq!
Bolgexeber.com