Bakıda tanınmış ekstrasensin meyiti tapıldı
30-06-2016, 12:30
Oxunub: 4 028
Bakıda tanınmış ekstrasensin meyiti tapılıb
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bir sıra televiziya proqramlarında iştirak edən və tanınan ekstrasens Nəsirov Timur Ələkbər oğlunun meyitini dostu aşkarlayıb. İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyi nəticəsində vəfat edib.
Bildirilir ki, ekstrasens xeyli vaxt imiş ki, mədəsindən şikayətlənirmiş.
Qeyd edək ki, bir müddət əvvəl T.Nəsirovun qətlə yetirilməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.
Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.
Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan "Adam içində" verilişinin daimi ekspertlərindən idi.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər