BolgeXeber.Com » Xəbərlər » Azərbaycan çempionu hakimdən şikayətçidir - Ailə qalmaqalı

Azərbaycan çempionu hakimdən şikayətçidir - Ailə qalmaqalı

30-06-2016, 13:07
Oxunub: 1 999 Azərbaycan çempionu hakimdən şikayətçidir - Ailə qalmaqalı  Şotokan karate üzrə Azərbaycan çempionu, qara kəmər ustası Sultanova Aynur Azad qızı Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovdan şikayətçidir

Bu barədə “Qafqazinfo”ya müraciət edən A. Sultanovanın narazılığına səbəb hakimin DNK analizi ilə bağlı vəsatəti təmin etməməsidir: “Atam 1953- cü ildə anadan olub, 2011- ci ildə vəfat edib. Onun ölümündən sonra Sultanov Şir adlı biri notariusa müraciət edərək atamın nikahdan kənar övladı olduğunu təsdiq etdirir. Notarius da qarşı tərəfə, yəni bizə müraciət etmədən Gəncədə atamdan qalan torpaq sahəsini onun adına keçirdir. O da torpağı satır. Sonradan prokurorluqda Sultanov Şirin təqdim etdiyi sənədlərin saxta olduğu ortaya çıxdı. Bu barədə əlimizdə prokurorluğun qərarı var. Doğum şəhadətnaməsi saxta çıxandan sonra o, Gəncə məhkəməsində atalıq vəsatətini qaldırır. Onun vəsatəti təmin olunmur. Bundan sonra apelyasiya şikayəti verir və xitam qərarını alır. Biz də öz növbəmizdə Yasamal məhkəməsində doğum şəhadətnaməsinin etibarsızlığı ilə bağlı məsələni qaldırırıq. Həmin şəxs atalıq vəsatətini qaldıranda Yasamal məhkəməsi haqlı olaraq qərar çıxardır ki, bir məsələyə ikinci dəfə baxmaq olmaz, çünki apelyasiyanın xitam qərarı var. Buna baxmayaraq qarşı tərəf Apelyasiya Məhkəməsindən şikayət edir. Azərbaycan çempionu hakimdən şikayətçidir - Ailə qalmaqalı Biz DNK vəsatətini məhkəmədə qaldırsaq da, hakim Məmməd Məmmədov qarşı tərəfin atalıq vəsatətini təmin etsə də, DNK vəsatətini təmin etmir. Atalığı isə qarşı tərəfin təqdim etdiyi beş-altı şəklə görə təmin edir. Əgər bu insanın doğum şəhadətnaməsi saxtadırsa, onun təqdim etdiyi şəkillərin doğru olduğuna necə inanmaq olar? Avropa İnsan Haqları Məhkəməsinin 34- cü maddəsində də göstərilib ki, əgər övlad nikahdan kənardısa, mütləq DNK analizi verilməlidir. Biz indi Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Bu hakimin nə marağı var ki əlimizdə bu qədər sənəd ola-ola qarşı tərəfin marağını müdafiə edir? Qarşı tərəf qan çatışmazlığını bəhanə edərək vəsatət verməkdən qorxur. Biz Bolgexeber.com
Azərbaycan çempionu hakimdən şikayətçidir - Ailə qalmaqalı