Qorxmaz Hüseynov sudan pul çıxarır - Modern Yezid...
1-07-2016, 12:03
Oxunub: 3 199
Səbail rayonunun Batamdar qəsəbəsində içməli su qıtlığı yaranıb
Bu barədə Qaynarinfo.az-a qəsəbə sakinləri məlumat verib.
Sakinlər bildirib ki, gün ərzində qəsəbəyə bəzən 10 dəqiqə, bəzən yarım saat su verilir. Şikayət edənlərə isə yay ayları olduğunda su qıtlığı yarandığı və fasilələrin bu səbəbdən olduğu bildirilir.
Çarəsiz qalan Batamdar sakinləri suyu pulla almalı olur. Belə ki, 5 tonluq maşınlar suyu 30 manata gətirir. Bina evlərində 2-3 qonşu birləşib bir maşın su alır, həyət evlərində yaşayanlar isə 30 manatı təkbaşına ödəməli olur.
Qısa araşdırmalar zamanı məlum oldu ki, əslində Bakıda su qıtlığı yoxdur. Amma problem bilərəkdən yaradılır. Sakinlərin bildirdiyinə görə, "Azərsu" ASC-nin 20-ci sahə yaşayış massivində Səbail rayonunu su ilə təmin edən anbarı var. Burda sakinləri təmin etmək üçün kifayət qədər su ehtiyatı mövcuddur. Amma Batamdar və digər qəsəbələrin təminatında qəsdən fasilələr yaradılar ki, vətəndaşlar suyu pulla alsın. Bizə məlumat verən mənbə bildirir ki, sakinlərə pulla satılan su məhz "Azərsu"nun 20-ci sahədəki anbarından daşınır.
Su qıtlığı varsa və məhz buna görə yayın istisində insanlar bu problemi yaşayırsa, anbardan çıxarılan və 30 manata satılan içməli su hardan gəlir? Necə olur ki, maşınlar satmağa su tapır, amma "Azərsu" vətəndaşları sussuz qoyub?
Bəs bu biznesin arxasında kimlər dayanır? Təbii ki, suyun anbardan çıxarılaraq insanlara satılması birbaşa "Azərsu" rəhbərliyinin nəzarəti altında baş verir. Çürki bu boyda cinayəti etməyə rəhbərliyin razılığı və icazəsi olmadan heç kimin cəsarəti çatmaz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər