BolgeXeber.Com » Xəbərlər » "Unibank"ın işçiləri kredit borcu olanlara qarşı qoçu kimi davranırlar — Ramin Hacılı Prezidentə müraciət edir
"Unibank"ın işçiləri kredit borcu olanlara qarşı qoçu kimi davranırlar — Ramin Hacılı Prezidentə müraciət edir
1-07-2016, 18:11
Oxunub: 4 054
Gənc siyasətçi Ramin Hacılı kredit borcuna görə Unibank işçisinin onu təhqir etdiyini və buna görə prezident və DİN-ə şikayət ərizəsi yazacağını bildirib
Ümid Partiyasının sədr müavini Ramin Hacılı "Unibank"ın əməkdaşı ilə arasında baş verənlərlə bağlı Ölkə.Az-a danışıb:
"Anam Hacıyeva Hürü Yavər qızı "Unibank"dan 1000 AZN kredit götürüb. Krediti vaxtlı vaxtında ödəyib. Anam krediti gecikmə olmadan ödədiyi üçün "Unibank" ona ikinci dəfə kredit təklif edib. Anama 300 manatlıq kart və 1300 dollar kredit veriblər. İkinci devalvasiyaya qədər ödəmələr zamanında edilib. İkinci devalvasiyadan sonra manatla olan kreditin tamamını ödəyərək bağladıq, ancaq dollarla olan krediti ödəmək imkanımız olmadı. Bankın dollarla verdiyi əsas məbləği, 1000 AZN-i ödəmişik. Sadəcə iki devalvasiya nəticəsində həmin məbləğin üstünə böyük bir məbləğ gəlib. Bank tərəfindən də, heç bir güzəşt təklif olunmadı. Biz də ödəmə qabiliyyətində olmadığımızı onlara bildirdik. Məsələnin məhkəməyə göndərilməsini gözləyirdik, necə ki, bunun hüquqi tərəfi də budur.
Bundan sonra "Unibank"ın özünü təqdim etməyən əməkdaşı bir neçə gündür telefonuma zəng edərək, mənə hədə-qorxu gəlir. Mənə deyir ki, "gəl kişi kimi danışaq", "söhbət edək", "kişisənsə banka gəl". Özünü təqdim etməyən "Unibank" əməkdaşı deyir ki, "İstəyirsən prezidentə şikayət elə, istəyirsən kimə deyirsən de, pulu ödəməlisən". Mən də öz növbəmdə bu məsələ ilə bağlı ölkə prezidentinə və daxili işlər nazirinə şikayət ərizəsi hazırlayıram".
Ramin Hacılı ona zəng edərək ona hədə-qorxu gələn bank əməkdaşının mobil nömrəsini də redaksiyamıza təqdim edib: +994554145990.
Xatırladaq ki, bəzi bank əməkdaşlarının vətəndaşlarla belə davranması ilə bağlı mətbuatda bir müddətdir xəbərlər verilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər