BolgeXeber.Com » Xəbərlər » Bərdənin özfəaliyyət kollektivi maraqlı tədbirlər keçirdi-FOTO

Bərdənin özfəaliyyət kollektivi maraqlı tədbirlər keçirdi-FOTO

1-07-2016, 21:25
Oxunub: 2 556 Bərdənin özfəaliyyət kollektivi maraqlı tədbirlər keçirdi-FOTOSəsləndirilən musiqi və nəğmələr dinləyicilərdə böyük coşğu hissi yaratdı

Bu gün Bərdə rayon Mədəniyyət Mərkəzinin filial olan Ziyafət Balıyev adına Yeni Daşkənd kənd Folklor evinin özfəaliyyət kollektivi Bərdə rayon Mədəniyyət Mərkəzində hərbi vətənpərvərlik mövzusunda və həmçinin əhalinin mədəni istirahətini təmin etmək məqsədi ilə tədbir proqramı təşkil etdi. Tədbir öncəsi torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Aqşin Hacızadə “Bir sevgi tarixi yazdı Fərizə” adlı şerini tədbir iştirakçılarına söylədi. Daha sonra vətənpərvərlik ruhuna həsr olunmuş konsert proqramına start verildi. Səsləndirilən musiqi və nəğmələr dinləyicilərdə böyük coşğu hissi yaratdı, beləki Elnur Hüseynovun sazda ifa etdiyi “Misri” aşıq havası əvvəldən sonacan alqışlarla qarşılandı. Tədbirin sonunda çıxış edən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Validə Nabatova iştirakçıları salamladı və bu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər bir insana Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev adından dərin təşəkkürlərini çatdırdı.
Bolgexeber.com