BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunmuşdur

Cəlilabadda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunmuşdur

2-07-2016, 13:55
Oxunub: 6 859 Cəlilabadda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunmuşdurCəlilabad rayonunda polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, gül dəstələri qoydular. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.Tədbir icra hakimiyyətinin iclas zalında davam edib.Tədbirdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Namiq Camalov çıxış edərək peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, Azərbaycan polisinin yarandığı gündən dövlətçiliyimizin və qanunçuluğumuzun keşiyində sayıq dayandığını, vətəndaşların hüquqlarının qorunmasında ictimai asayişin möhkəmləndrilməsində əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində Azərbaycanda milli polisin formalaşdığını, dövlətçiliyimizin dayaqlarından biri kimi çevik qruma çevrilməsindən bəhs edərək, Möhtərəm Prezident Cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində polisin peşəkarlığını durmadan artırdığını, vətəndaşların rahatlığı üçün bütün qüvvələrini səfərbər etdiyini vurğulayıb.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının I müavini Vidadi Dövlətov çıxış edərək Azərbaycan polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduğunu, sabitliyin, əmin-amanlığın keşiyində durduğunu, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gündə vəzifə borcunu şərəflə yerinə yetirdiyini bildirərək peşə bayramı münasibətilə təbriklərni çatdırıb.
Bolgexeber.com
Cəlilabadda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunmuşdur
Cəlilabadda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunmuşdur