BolgeXeber.Com » Xəbərlər » Xarici jurnalistlər Tərtərdə - Fotolar

Xarici jurnalistlər Tərtərdə - Fotolar

4-07-2016, 12:20
Oxunub: 2 092 Xarici jurnalistlər Tərtərdə - Fotolarİyulun 2-də xarici jurnalistlər Fransadan İlan Sialom (Le Nouvel Observateur) və Patrisis Lalonde (Huffington French), Almaniyadan Seda Serdar (Deutsche Welle) Tərtər rayonunda səfərdə olmuşlar

Qonaqlar əvvəlcə rayon icra hakimiyyətinə gələrək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər.

Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmış, qeyd etmişdir ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə yüzlərlə evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb.

Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Tək 26-28- aprel 2016-cı il tarixlərdə erməni hərbi birləşmələri tərəfindən rayonun Əkispara kəndinin ərazisinə atılmış Beynəlxalq Konvensiyalarla qadağan olunmuş ağ fosforlu top mərmisinin zərərsizləşdirilməsi nəticəsində 13 istehsalçıya məxsus 3,01 hektar pambıq, 20,01 hektar buğda, 6,20 hektar arpa, 8,42 hektar yonca, ümumilikdə 37,64 hektar sahəyə tüstünün yayılması nəticəsində zərər dəymişdir.

Rayon rəhbəri qeyd edib ki, işğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə 15000 hektar əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Hal-hazırda su tamamilə kəsilmişdir. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.

M.Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin öz xanımı ilə rayonumuza olan səfərindən, şəhərdə, düşmənlə 200 metrlik məsafədə olan Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsindən də danışmış, 1-5 aprel müharibəsi zamanı rayona dəymiş ziyanın aradan qaldırılması üçün 3 milyon manat vəsait ayrıldığını bildirmişdir.

Sonra qonaqlar Tərtər şəhərində, Qapanlı kəndində erməni attireliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuş, rayon ərazisində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər.
Bolgexeber.com
Xarici jurnalistlər Tərtərdə - Fotolar
Xarici jurnalistlər Tərtərdə - Fotolar
Xarici jurnalistlər Tərtərdə - Fotolar
Xarici jurnalistlər Tərtərdə - Fotolar
Xarici jurnalistlər Tərtərdə - Fotolar
Xarici jurnalistlər Tərtərdə - Fotolar