«Baku Bus» da qaydaları pozmağa başladı
4-07-2016, 14:04
Oxunub: 3 144
Reklamla bağlı qaydaları pozan şirkət avtobusların arxasına reklamlar yerləşdirir
Son vaxtlar paytaxtda hərəkət edən "Baku Bus"un qırmızı avtobuslarının arxa hissəsində reklam lövhələrinə rast gəlirik. Nümunə üçün onlardan bir neçəsinin fotosunu da təqdim edirik. Bəs, qanunlar bu barədə nə deyir? Doğrudanmı, başqalarına nümunə olan «Baku Bus»un səlahiyyətli şəxslərinin qanunlardan xəbəri yoxdur? Elədirsə biz qanunların tələbini diqqətə çatdırırıq. "Reklam haqqında" qanunun 25.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin üzərində reklam onun yalnız yan hissələrində yerləşdirilməli, yol hərəkətinin iştirakçıları üçün təhlükə yaratmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 fevral tarixli 67 nömrəli qərarının 7-ci bəndində isə deyilir ki, nəqliyyat vasitələrinin damında, ön və arxa hissələrində, dövlət qeydiyyat nişanlarının və fərqlənmə nişanlarının (beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinə münasibətdə) görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazlarında, ban şüşələrində, habelə istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.
Bizə məlum deyil ki, belə reklama icazə alınıb, ya yox. Əgər icazə alınıbsa, həmin icazəni verənlər də qanundan xəbərsizdirlər.
/avtosfer.az/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər