BolgeXeber.Com » Xəbərlər » “Baku Steel Company” MMC-dəki partlayışla bağlı sensasion fakt - İTTİHAM VAR

“Baku Steel Company” MMC-dəki partlayışla bağlı sensasion fakt - İTTİHAM VAR

4-07-2016, 16:32
Oxunub: 3 028  “Baku Steel Company” MMC-dəki partlayışla bağlı sensasion fakt - İTTİHAM VAR İyulun 1-də “Baku Steel Company” MMC-də baş vermiş partlayışla bağlı cinayət işi başlanılması haqqında məlumat vermişdik

Rəsmi məlumatlardan bəlli olurdu ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, həmin gün axşam “Baku Steel Company” MMC-in partlayış baş vermişdir. Nəticədə zavodun işçiləri - 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov xəsarət almış, yaralılar xəstəxanaya yerləşdirilmişlər…

“Baku Steel Company” MMC-də nə baş verir?


Baş verən hadisə ilə bağlı istintaqın gedişi öz yerində… Amma bu gün “Baku Steel Company” MMC-də çalışan bir qrupp işçi adından «Təzadlar»a müraciət təqdim edilib. Ölkə başçısı cənab İlham Əliyevə ünvanlı müraciətdə deyilir:
Cənab Prezident!\
Hörmətli redaksiya!
Bildiririk ki, “Baku Steel Company” MMC-də 2014-cü ilin sentyabrın 15-də də oxşar partlayış olmuşdu. Hətta ölənlər də olmuşdu… Məsələ ondadır ki, monopolistlər, rəqabətsizlik, iş prosesinin (iş şəraitinin, malın, xidmətlərin) keyfiyyətinin səviyyəsini Sovet dövrü səviyyəsinə endirir (uzaqdan onun «reklam»ı nabələdlər və yaltaqlar üçün təmtəraqlı görsənsə də). Sirr deyil ki, Azərbaycanda zor gücü ilə «dəmir» monopolisti olan “Baku Steel Company” MMC rəhbəri olan Rasim Məmmədovu çoxdan, uşaqlığından tanıyırıq. Onun necə xarakterə malik olduğunu hamımız bilirik. Onun kimilər üçün hansısa «axmaq fəhlələr» sadəcə «işçi qarışqa» və «qapazaltı zümrə» kimi bir şeydir. Onların nə qədəri ölsə də, mənası yoxdur. O, gündüz həmin ölülərin yasına da gedə bilər, axşam isə… Hətta ölənləri söyə də bilər, çünki… Onun kimlərin hesabına belə «bərkgedən» olduğunu kim bilmir ki!
***
Xatırladırıq ki, «Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədovun adamlarının Bakıdakı metaləritmə müəssisələrinə hücumu mətbuatda çox hallandırılıb. Şirkətin adamları hakimiyyətin yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunmasından sui-istifadə edərək, müəssisələrə basqın edir, onların əmlakını ələ keçirir. Bizimyol.info» yazır ki, «…Keçmiş deputat Nazim Məmmədova məxsus olan «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsi, «Şəhriyar 99», «R.A.N.K» MMC və başqa metaləritmə müəssisələri eyni aqibətlə üzləşib. Mətbuatda verilən məlumatlarda «Baku Steel Company»nin təqribən 21 özəl şirkəti hədələdiyi bildirilir.
«Baku Steel Company» adından edilən açıq qanunsuzluqlar hüquq-mühafizə orqanları tərəfindən susqunluqla qarşılanır. Təzyiqərə məruz qalan bütün müəssisələr «Baku Steel Company»nin rəhbəri Rasim Məmmədov adlı şəxsin açıq-aşkar hədə-qorxu gəldiyini deyirlər. Nə Daxili İşlər Nazirliyi, nə Vergilər Nazirliyi, nə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, nə İqtisadi İnkişaf Nazirliyinin Anti-inhisar Departamenti onların şikayətlərinə reaksiya verir. Əldə etdiymiz məlumata görə metallurgiya sektorunda mülkiyyətin bölüşdürülməsi prosesinə start verilib. Bu işdə «Baku Steel Company»nin önə çəkilməsi təsadüfi deyil. Adıçəkilən şirkətdəki mənbədən aldığımız məlumata görə, MMC-nin əsas payçıları arasında gedən mübarizə kiçik sahibkarların başında çartlayır. Mənbə şirkətin özündə də vəziyyətin ürəkaçan olmadığını vurğulayıb. Qaynaq bildirib ki, hazırda Vergilər Nazirliyinin Audit İdarəsinin əməkdaşları bir həftədən çoxdur ki, şirkətdə ciddi yoxlamalar aparır. Sonuncu dəfə belə geniş miqyaslı yoxlamalar 2005-ci ildə şirkətin keçmiş rəhbəri Paola Pərvizin dövründə olub. Mənbə Audit İdarəsi tərəfindən «Baku Steel Company»də ciddi qanun pozuntularının aşkar edildiyini bildirib: «Hazırda bütün işçilər, xüsusilə orada vəzifə tutan şəxslər səksəkə içindədir. Çünki onlara şirkətin rəhbərliyində dəyişikliyin olacağını bildirirlər. Vergi yoxlamalarından sonra böyük metal sənaye müəssisəsinin payçılardan kimə qalacağı məlum olacaq. Bu zaman bütün kompaniya boyunca kadr dəyişikliyi ediləcək. Rasim Məmmədovun da «qurban» veriləcəyi qaçılmaz hesab edilir. Mənbə qeyd edib ki, metallurgiya sənaeysi böyük çalxalanma ərəfəsindədir. Kiçik metaləritmə müəssisələrin hamısı ləğv edilərək birinə birləşdirilməsi, daha sonra bu bazarın vahid bir ələ keçməsi uğrunda mübarizə gedir. «Baku Steel Company» himayədarları sırasında hökumətin ən yuxarı struktutundan təmsil olunan 2 yüksək ranqlı məmurun və oliqarxın adı hallanır…».
***
İndi belə məlum olur ki, baş verən partlayış hadisəsinin özü «Baku Steel Company»dəki idarəçiliyin təzahürüdür. Bəs son partlayışla bağlı aparılan istintaq bu və ya digər suallara hansı hüquqi cavabı ortaya qoyacaq?