Əhmədzadənin daha bir idarəsində yeyinti - İTTİHAM VAR
5-07-2016, 12:24
Oxunub: 2 963
«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyindəki idarələrin bir çoxunun fəaliyyətində qanundan kənar hallar mövcuddur
Bununla bağlı mətbuatda tez-tez tənqidi materiallar yayımlanır. ASC-yə tabe olan magistral kanalların istismarı idarələrində də vəziyyət ürəkaçan səviyyədə deyil. Məlumat üçün demək istəyirik ki, bu idarələr su qəbuledicilər vasitəsi ilə su mənbələrindən (çaylar, göllər, su anbarları) qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən birinci dərəcəli (paylayıcı) kanallara verilməsini həyata keçirir. Kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olur. Gundelik-baku.com-a Cənubi Muğan Kanalı İstismarı İdarəsinin rəisi Kamil Mirzəyevin törətdiyi özbaşınalıqlar haqda maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin bildirdiyinə görə, adıçəkilən rəisin fəaliyyətində yer alan neqativ hallar cənub rayonlarında fermer təsərrüfatı ilə məşğul olan insanlara əlavə problemlər yaradır: «Cənub zonasına daxil olan rayonlarda əkin-biçinlə məşğul olan insanların böyük əksəriyyəti məhz sözügedən kanalın suyunun hesabına sahələri suvarırlar. Təəssüf ki, son illər idarənin fəaliyyəti tamamilə bərbad vəziyyətə düşüb. Cənubi Muğan Kanalının yetərli hissəsində əsaslı təmir işlərinə ehtiyac yaranıb. Büdcədən hər il kanalın təmiri işləri məqsədilə vəsait ayrılır, amma həmin pullar təyinatı üzrə xərclənmir. Həmçinin idarənin balansındakı texnika və mexanizmlərin çoxu istismar müddətini artıq başa vurub. Digər tərəfdən, Kamil Mirzəyev əlindəki imkanlardan istifadə edərək idarədə «ölü can»lar saxlayır. Bunu aidiyyəti üzrə araşdırma aparmaqla üzə çıxarmaq olar». Əldə etdiyimiz məlumatlara görə, bir müddət öncə Cənubi Muğan Kanalı İstismarı İdarəsinə ehtiyat hissələri və tikinti materialları satın alınması məqsədilə 708 829 manat ayrılıb. Deyilənə görə, idarə rəisi bu məbləği özünə yaxın olan podratçı şirkətlər- “Meliorasiya Təmir LTD” və “Samir-A.Ə” MMC-yə yönəldərək şəxsi maraqlarını təmin edib. Hələ bu da hamısı deyil. Bildirilir ki, idarə rəisi müəssisəyə ayrılan digər vəsaitləri də eyni üsulla həzmi-rabedən keçirir. Bu barədə tezliklə əlavə məlumat verməyə çalışacağıq. Bizi izləməyə davam edin. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər