“Şəki-Bazar”ASC vergidən belə yayınır – Fakt/Şikayət
5-07-2016, 12:33
Oxunub: 4 527
Şəkinin S.Rəhman küçəsi 25/36-da yaşayan,”Şəki-Bazar”ASC-nin səhmdarı İsmayıl İmamov tərəfindən vergilər vaziri Fazil Məmmədova müraciət ünvanlanıb
Müraciətin bir surəti 24saat.org-a göndərilib.
Səhmdar qeyd edib ki, 2001-ci ildən “Şəki Bazar” ASC-nin üzvüdür və illik divident almaq hüququndan məhrum olunub: “Dividentdən məhrum olunmağımın səbəbi budur ki, “Şəki -Bazar” ASC uzun müddətdir vergidən yayınır, yəni gündəlik toplanılan xidmət pullarının cüzi bir hissəsi cəmiyyətin hesabına mədaxil olunur. Dəfələrlə Vergilər Nazirliyindən və “Şəki-Bazar” ASC-nin rəhbərliyindən vergidən yayınma hallarının qarşısının alınmasına köməklik göstərilməsini xahiş etməyimə baxmayaraq onlar iş fəaliyyətlərində dönüş yaratmayıb. Gündəlik yığılan xidmət pulları kiçik sahibkarlara qəbz təqdim etmədən alınır. Nazirliyin elektron poçt ünvanına saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq vergi orqanının əməkdaşları bazarın gəlirini xrometraj metodu ilə müşahidə aparır. Vergidən yayınma hallarının qarşısını almaq əvəzinə, ünvanıma Aparat rəhbəri Ağasəməd Əfəndiyev tərəfindən təhrif olunmuş cavab məktubu göndərirlər. Belə ki, bazarın orta hesabla illik gəliri 500,0 – 600,0 min manat olmasına baxmayaraq, illik gəlir 90,0-100,0 min manat göstərilir. Qeyd olunmuş 90,0-100,0 min manatın 90%-i xərcə silinir,yerdə qalan məbləğdən səhmdarlara ildə 1-2 manat divident düşür? Divident gəlirdən yaranır, gəlir olmayanda, səhmdarlar da dividentdən məhrum olunurlar. Sizdən xahiş edirəm, aparıb sənədləşdirilməsini və uzun illər vergidən yayınma hallarına şərait yaradan vəzifəli şəxslər haqqında qanuni tədbirlərin görülsün.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər