Bakı avtovağzalında dərəbəylik başladı: qiymətlər qalxdı
5-07-2016, 13:25
Oxunub: 3 103
Ramazan bayramı ərəfəsində Bakı avtovağzalında ənənvi problemlər baş qaldırıb
Qaynarinfo.az xəbər verir ki, artıq bu gündən rayonlara yollananlar problemlə üzləşməyə başlayıb.
Belə ki, bu gün saat 12.00-da Qəbələyə getməli olan avtobus hələ də avtovağzalda gözləyir. Bu barədə Qaynarinfo.az-a sərnişin Fəqan İsmayılov məlumat verib.
Sərnişin bildirib ki, avtobus tamamilə dolub. Buna baxmayaraq, sürücü yola çıxmaq istəmir. Səbəb isə onun avtobusa daha çox sərnişin cəlb etmək istəyirdir.
Bundan başqa dolan avtobusa isə bilet satılmır. Qəbələyə gedəcək başqa avtobus isə özbaşına şəkildə qiyməti artırıb. Belə ki, Qəbələyə işləyən marşrut avtobuslarına bilet 6 manatdır. Bu sürücü bu gün sərnişinlərdən 7 manat tələb edir.
Ümumiyyətlə, Bakı avtovağzalında bütün bayramlar zamanı analoji problemlər baş verir. Ramazan bayramından sərnişinlərin artması, həmçinin Qəbələyə gələn turistlərin sayının yay aylarında çoxalması bəzi işbazların əl-qolunu açıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər