BolgeXeber.Com » Xəbərlər » İslandiya xalqı “Avro-2016”da ¼ finala çıxan “Vikinq”ləri belə qarşıladı - Video

İslandiya xalqı “Avro-2016”da ¼ finala çıxan “Vikinq”ləri belə qarşıladı - Video

5-07-2016, 14:35
Oxunub: 2 406 İslandiya xalqı “Avro-2016”da ¼ finala çıxan “Vikinq”ləri belə qarşıladı - VideoAvropa çempionatının sürpriz iştirakçılarından hesab edilən İslandiya millisinin üzvləri ölkədə təmtəraqlı şəkildə qarşılanıb

“Qafqazinfo” xəbər verir ki, “Avro-2016”da ¼ finala çıxan İslandiya futbolçularını ölkədə böyük izdiham qarşılayıb. Məlumata görə, futbolçuları qarşılamaq üçün paytaxt Reykyavikin mərkəzində on minlərlə islandiyalı toplaşıb. Milli yığmanın oyunçuları üstü açıq avtobusda, baraban sədaları altında şəhəri gəzərək sakinləri salamlayıblar. Daha sonra yığmanın məşqçisi Heymir Hadlqrimmson və futbolçular fanatlara təşəkkür ediblər.

Qeyd edək ki, İslandiya millisi futbol üzrə Avropa çempionatında ilk dəfə iştirak edirdi. Komanda ¼ finalda Fransa yığmasına 5:2 hesabı ilə uduzsa da, daha əvvəlki oyunlarda İngiltərə və Avstriyanı məğlub edərək qrupdan çıxarmışdı.
İslandiya xalqı “Avro-2016”da ¼ finala çıxan “Vikinq”ləri belə qarşıladı - Video