BolgeXeber.Com » Xəbərlər » Yeni nazirin uğursuzluğu: Ramin Quluzadə rabitə sektorunun əlifbasını öyrənir

Yeni nazirin uğursuzluğu: Ramin Quluzadə rabitə sektorunun əlifbasını öyrənir

6-07-2016, 09:54
Oxunub: 3 062 Yeni nazirin uğursuzluğu: Ramin Quluzadə rabitə sektorunun əlifbasını öyrənirƏli Abbasovun vəzifədən alınmasından sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə gətirilən nazir Ramin Quluzadənin atdığı addımlar hələ də peşəkar rabitəçilər arasında ziddiyyətli qarşılanır

Yeni nazirin gəlişindən dərhal sonra Əli Abbasovun köməkçiləri ilə yanaşı, nazirlikdəki ən yaxın kadrlarını təmizləməsi anlaşılan olsa da, ötən 3 ayda onun nələri planlaşdırdığı, hansı mütərəqqi addımlar atdığı, hansı islahatlar apardığı hələki hiss olunmur.

Yeni nazir ancaq və ancaq sabiq nazir Misir Mərdanovun nazirlikdə aparat rəhbərinin müavini olan qardaşı İlham Mərdanovu və bir neçə tanınan vəzifəli şəxsləri “vurmaq”la yanaşı, Beytulla Hüseynovun həbsindən sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) direktor əvəzi və direktor təyinatları ilə medianın gündəmində olub. Bir də rəsini işdən azad edib, yeni rəis təyinatı həyata keçirdiyi Lənkəranda vətəndaşlarla qəbul keçirib ki, orada da kimləri qəbul etməsi yayılan foto və videolardan bəllidir…

Politika.Az olaraq apardığımız müşahidələr də onu göstərir ki, yeni nazirdən ötən müddətdə daha ciddi islahat və dəyişikliklər gözlənilsə də, o, bunların heç birini edə bilmədi. Nazirin yaxın çevrəsinə daxil olanlar isə bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rabitə sektoruna daxil olan bütün müəssisələrdə apardıqları kompleks yoxlama ilə əlaqələndirməyə çalışırlar. Guya nazir Ramin Quluzadə prokurorluğun apardığı istintaqın nəticəsini gözləyir. Yəni bunların məntiqiylə yanaşsaq, prokurorluq 1 il istintaq aparsa, Ramin Quluzadə də guya bunu gözləyəcək. Gülməlidir. Ən azı ona görə ki, rabitə ölkənin ən strateji sahələrindən biri olmaqla, həm də dövlət müəssisəsidir. Ancaq sizə dəqiq deyə bilərəm ki, əslində, bu, bir bəhanədir.

Sadəcə, ötən müddətdə Ramin Quluzadə hələ rabitə sektorunun əlifbasını öyrənməyə vaxt sərf edib, ancaq və ancaq bu sahədəki kadrları öz aləmində saf-şürük etməklə məşğuldur. Bu “saf-çürük”lərin, apardığı bir neçə kadr dəyişikliyinin rabitə sektorunda ciddi “çatlar”a, fəsadlara yol açdığı isə artıq açıq görünməyə başlayıb. Bəli, onun iki ciddi kadr təyinatı – nazirlikdə aparat rəhbəri və BTRİB-ə baş direktor seçimləri daxildə baş qaldıran ilkin etirazların cücərtilərini boy atdırmağa səbəb olub”.

Məlumatlı şəxs deyir ki, yeni nazirin köhnə kadrların əksəriyyəti ilə vidalaşıb, öz komandasını “yad kadrlar”dan formalaşdırmaq istəyi, nazirlikdə birmənalı qarşılanmayıb: “Nədən ki, bu kadrlar rabitəyə yad olmaqla yanaşı, bu sahədən ümumiyyətlə, məlumatlı deyillər. Məsələn, korrupsiya və müxtəlif cinayətlərdə iştirak ittihamı ilə həbs olunan Vidadi Zeynalovun yerinə ötən həftə gətirilən əslən Cəlilabad rayonundan olan aparat rəhbəri Əli İzzət oğlu Abdullayevin təyinatını götürək. Nazirin bu təyinatı nəinki rabitə sektorunda, hətta hakimiyyət dəhlizlərində ciddi narazılıq və şübhələrlə qarşılanıb. Eyni sözləri az əvvəl BTRİB-ə rəsi təyin etdiyi Rövşən Babayev haqda da demək olar”.

Məlumatlı şəxs Politika.Az-a bildirib ki, Ramin Quluzadə təyinatından bu yana keçirdiyi görüşlərdə daima şəffaflıq, işgüzarlıq və peşəkarlıqdan ağızdolusu danışsa da, əslində, özü kimi rabitəyə tamamiylə yad olan Əli Abdullayevi aparat rəhbəri təyin etməsi, nazirlikdə onun təcürbəsizliyi, eyni zamanda, tayfabaz, qrupbaz olması ilə əlaqələndirilir: “Xüsusən ona görə ki, yeni aparat rəhbəri Əli Abdullayev cəmiyyətdə, o cümlədən rabitə sektorunda yenilikçi, şəffaf, bir sözlə, müsbət imicli kadr kimi tanınmır. Bununla bağlı mediada gedən məlumatlara istinad etsək, Əli Abdullayevin adı irimiqyaslı maxinasiyalarda qırmızı xəttlə keçən bir başqa qurumda rəhbər vəzifə tutmuş şəxs kimi qabardılıb. Üstəlik, indiki həssas məqamda Ramin Quluzadənin bu təyinatının arxasında çox gizli və şübhəli məqamların dayandığına da işarə vurulub”.

Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, bundan sonra isə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib: “O zaman hərracların necə keçirildiyini mübahisələndirməyə yəqin ki, ehtiyac yoxdur. İstənilən iş adamını danışdırsaq, bunu izah edə bilər. Bu, Əli Abdullayevin adına yazılan ilk mənfi qiymətdir. Hələlik bununla da işimiz yoxdur. Xüsusən yeni aparat rəhbərinin gənc yaşlarından ulduzunun hansı “meyar” əsasında parlamasına işıq salacaq fakt varkən, cəmiyyətə kifayət qədər aydın olan hərrac prosesi ilə oxucuları yormayaq. Gəlin razılaşaq ki, bu ölkədə diplomunu alandan dərhal sonra heç kim birdən-birə hansısa bir nazirlik və ya komitədə birbaşa şöbə müdiri təyin edilmir. Bəs, Əli Abdullayevin ulduzu belə sürətlə necə parlaya bilərdi?! Axı, onun hansı görünən xüsusi fitri istedadı vardı ki, birdən- birə önəmli postlara gətirildi? Onun o zamandan bu günə sürətli yüksəlişində hansı “fövqəlqüvvə”nin təqdimatı rol oynayır? Əlbəttə, bütün bunlar araşdırılası və cavabını gözləyən suallardır.

Bu və ya digər məqamlarla bağlı araşdırmalarımız davam edəcək