İbrahim Mehdiyevin ağac "sevgisi" şiddətlə davam edir - FOTO
6-07-2016, 11:54
Oxunub: 3 273
Tanınmış jurnalist Azər Sarıyev sosial şəbəkədə maraqlı foto paylaşıb
Qaynarinfo.az xəbər verir ki, görüntü Yasamal rayonu ərazisində çəkilib:
"Bu mənzərə Yasamal rayonu, Zərdabi prospektində çəkilib. Uşaqlar üçün oyun meydançası idi. Mərkəzdəki ağaclar göründüyü kimi yoxa çıxıb. Kənardakı ağacları da həmin tale gözləyirmi görəsən?"
Fotodan aydın olur ki, sözügedən ərazidə ağacları kəsib yerində çoxmərtəbəli bina üçün bünövrə qazırlar.
Xatırladaq ki, Yasamal rayonunda ağacların kəsilərək yaşıllıqların məhv edilməsi barədə xəbərlər uzun müddətdir mətbuatın gündəmindədir. Qaynarinfo.az saytı konkret olaraq Həsən bəy Zərdabi prospekti 89 ünvanındakı vəziyyəti daim nəzarətdə saxlayır. Belə ki, bu ünvandakı ərazi Ramiz Cəbrayıllı adlı sahibkara satılıb. Həmin şəxs isə dəfələrə ərazidəki çoxillik ağacları kəsərək tikinti işləri aparmağa çalışıb. Amma sakinlərin və Qaynarinfo.az-ın dövlət qurumlarına müraciətindən sonra tikinti işləri dayandırılıb, "ağac soyqırımı"nın qarşısı alınıb.
İddia edilir ki, Yasamal rayon İcra Hakimiyyətini başçısı İbrahim Mehdiyev həmin ərazini Ramiz Cabbarlıya 500 min manata satıb. Deyəsən icra başsının ağaclara qarşı alergiyası var. Hər halda Həsən bəy Zərdabi prospekti 89 ünvanında, həmçinin bu gün təqdim etdiyimiz şəkildə və Yasamalın digər ərazilərində gördüklərimiz bunu deməyə əsas verir...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər