BolgeXeber.Com » Xəbərlər » Beş ulduzlu otel adı ilə aşağı keyfiyyətli xidmət göstərirlər -VİDEO

Beş ulduzlu otel adı ilə aşağı keyfiyyətli xidmət göstərirlər -VİDEO

7-07-2016, 10:14
Oxunub: 4 448  Beş ulduzlu otel adı ilə aşağı keyfiyyətli xidmət göstərirlər -VİDEOMədəniyyət və Turizm Nazirliyi qeyri-qanuni ulduz dərəcəsi göstərən otellərə xəbərdarlıq edib

Beş ulduzlu otel adı ilə aşağı keyfiyyətli xidmət göstərirlər.Əvəzində isə müştərilərdən keyfiyyətli xidmətin məbləğini alırlar. Bəzi otellər yalandan ulduzlarının sayını çox göstərsələrirlər, halbuki, həmin standarta uyğun deyillər. Yəni istehlakçı hüquqlarını pozaraq müştəriləri aldadırlar. Mədəniyyət və Turizm Nazirliyi qeyri-qanuni ulduz dərəcəsi göstərən otellərə xəbərdarlıq edib.

Hər bir ulduz kateqoriyasının öz tələbləri var və Azərbaycanda da bu tələblər beynəlxalq təsnifata uyğunlaşdırılaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənib. Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi qeyd edir ki, otellərin istəyinə, müraciətinə əsasən onların standarta uyğunluğu yoxlanılır.

Otelin ulduz göstəricisi turistin seçiminə birbaşa təsir göstərdiyindən, burada bəzi otellər yanlış məlumat verərək onların seçiminə təsir etməyə çalışır. Halbuki, turist ulduz sayı əsasında seçdiyi oteldə gözlədiyi xidmətləri görmür.

xezerxeber