Dövlət Komitəsi: Ramazan təqvimi ilə bağlı pozuntular araşdırılacaq
7-07-2016, 12:57
Oxunub: 3 058
Ramazan təqvimi ilə bağlı rəsmi din xadimləri tərəfindən pozuntuya yol verilməsi aşkar edilməyib
“Ramazan təqvimi ilə bağlı aşkarlanmış bəzi pozuntularla əlaqədar aidiyyatı dövlət qurumları tərəfindən araşdırmalar aparılıb onlara müvafiq qiymət, hətta lazım gəldikdə hüquqi qiymət veriləcək”.
Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, Ramazan təqvimi ilə bağlı rəsmi din xadimləri tərəfindən pozuntuya yol verilməsi aşkar edilməyib: “Bu pozuntular ayrı-ayrı şəxslər tərəfindən qrup halında bir neçə yerlərdə baş verib. Həmin şəxslər məsciddən kənar birlikdə bayram namazı qılıblar və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyən olunmuş təqvimdən kənara çıxaraq başqa ölkələrin müəyyənləşdirdiyi təqvimə uyğun olaraq namaz qılıblar. Bu hal çox az miqdardadır. Ötən il ilə müqayisədə bu cür pozuntu hallarının sayı xeyli azalıb”.
S.Heydərov qeyd edib ki, bu cür pozuntu halları bir neçə rayonda aşkarlanıb və onların da qarşısı alınıb: “Həmin şəxslərlə müvafiq söhbətlər aparılıb. Bu şəxslər sözügedən halı anlaşılmazlıq kimi izah ediblər. Ancaq əlbəttə, onların dediklərinə inanmaq düzgün olmazdı, burada o insanların yad ideologiyaların təsirlərinə məruz qalmaları görünür. Hər ölkənin öz coğrafi mövqeyi, günün çıxması, batması vaxtı var. Niyə görə sən Azərbaycanda ola-ola gedib başqa bir ölkənin təqviminə uyğun ibadət edirsən?! Bu nə deməkdir?! Bu insanlar belə hərəkətləri ilə bizim vəhdətimizə ziyan vururlar. Bu gün bizim vəhdətimiz, tolerantlığımız dünyaya nümunədir. Nə qədər bu cür aşkarlanmış pozuntu faktları var, onların hər biri aidiyyatı qurumlar ilə birlikdə araşdırılacaq, əlbəttə, yeri gəlsə hüquqi qiymət veriləcək. Onlarla bağlı müəyyən tədbirlərin görülməsi planlaşdırılır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər