BolgeXeber.Com » Xəbərlər » "Asan Xidmət" Notariusu necə ifşa etdi - FAKT

"Asan Xidmət" Notariusu necə ifşa etdi - FAKT

9-07-2016, 18:21
Oxunub: 2 232 "Asan Xidmət" Notariusu necə ifşa etdi - FAKT“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyib ki, sənədləri məhkəmədən geri götürsünlər, pullarını ödəyəcək

Ötən saylarımızda Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızından - Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızına 7 saylı Notariat Kontorunda xəbəri olmadan 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə bir il müddətinə saxta etibarnamə tərtib edildiyi barədə məlumat vermişdik.

Bu barədə F.Quliyevanın Azərbaycan Respublikasının Baş prokuroru Z.Qaralova, Azərbaycan Respublikasının daxili işlər naziri R.Usubova Azərbaycan Respublikasının ədliyyə naziri F.Məmmədova və surəti redaksiyamıza ünvanlanmış şikayət məktubunda bəhs olunurdu.
Şikayətçi yazırdı ki, Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariat Kontorunda onun adına saxta etibarnamə tərtib edilib: «Xəzər rayonunda fəaliyyət göstərən 7 saylı Notariat Kontorunda xəbərim olmadan məndən-mənə 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə bir il müddətinə saxta etibarnamə tərtib edilib. Həmin etibarnamə faktiki olaraq elektron məlumat bazasında yer alıb. Lakin etibarnamənin məzmunu gizli saxlanılır.
Qeyd edim ki, etibarnamə Quliyeva Firəngizdən-Quliyeva Firəngizə verilib. Bu məsələdən xəbər tutandan sonra 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətovun qəbulunda oldum və ondan sözügedən etibarnamənin surətini istədim ki, məzmunu ilə tanış olum. Lakin Notariat Kontorunun arxivində xəbərim olmadan məndən-mənə 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə bir il müddətinə verilmiş etibarnamənin surəti tapılmadı. Mən Notariat Kontorunun rəisi Nadir Vədətovdan israrla həmin etibarnamənin surətini tələb edəndə, ondan səsinin yüksək tonu ilə «mən nə bilim eee hardadı, yoxdu dəə» cavabını aldım.
İndi mənim üçün qaranlıq qalan odur ki, axı niyə mən özüm-özümə etibarnamə verməliyəm?! Belə də iş olar?!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənablar!
Xahiş edirəm, 7 saylı Notariat Kontorunda xəbərim olmadan məndən-mənə 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə bir il müddətinə verilən saxta etibarnamə araşdırılsın və günahkarlar məsuliyyətə cəlb edilsinlər”.
***
Bu günlərdə redaksiyamıza təkrar müraciət edən F.Quliyeva 7 saylı Notariat Kontorunda xəbəri olmadan özündən-özünə 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə bir il müddətinə tərtib edilən saxta etibarnamənin surətinin tapıldığını bildirdi. Onun sözlərinə görə, həmin sənədi o, 5 saylı Bakı «Asan xidmət» mərkəzindən əldə edib.
Məsələ ondadır ki, F.Quliyeva məhz həmin tarixdə, yəni 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə məhkəmədə hüquqlarını müdafiə etmək üçün vəkil Balabəy Məlikova etibarnamə verib. Lakin bu etibarnamənin surəti də 7 saylı Notariat Kontorunun arxivində tapılmayıb. Bəs söhbət hansı məhkəmədən gedir?
Qeyd edək ki, 2010-cu ildə ölkə başçısının sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində dairəvi yolun çəkilməsi ilə bağlı bəzi həyətyanı sahələr plana düşən zaman Dövlət Reyestr Xidmətində “GPS” ölçmələri ilə F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevin adına olan 10 sot torpaq sahəsi də qeydiyyata alınıb. Bundan sonra Xəzər rayon İcra Hakimiyyətinin Buzovna nümayəndəliyində torpaqlara dair pulların vətəndaşlara verilməsi üçün komissiya yaradılıb. Onlar həmin komissiyaya müraciət edib. Komissiyadan onlara 72 min manat pulun ayrıldığı bildirilib. Komissiyanın sədri olan keçmiş qəsəbə sovetinin Kamal adlı işçisi onların sənədlərini 6 ay özündə saxlayıb və sonra da özünə qaytarıb. Sənədləri geri alıb qayıdanda Buzovna bələdiyyəsinin işçisi (keçmiş - red.) Mətanət Əkbərova F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevlə rastlaşıb və plana düşən torpağın pulunu almaqda onlara kömək edəcəyini deyərək sənədləri istəyib.
F.Quliyevanın sözlərinə görə, 2011-ci ildən onların sənədləri Mətanət Əkbərovada qalıb. Aidiyyəti orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova onlara bildirib ki, məhkəməyə müraciət etmək lazımdır. Ona görə də F.Quliyeva 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə məhkəmədə hüquqlarını müdafiə etmək üçün vəkil Balabəy Məlikova etibarnamə verib. Və onlar 13.06.2013-cü il tarixdə məhkəməyə müraicət ediblər. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova bildirib ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyib ki, sənədləri məhkəmədən geri götürsünlər, pullarını ödəyəcək. Beləliklə, məhkəmə işə baxmadan sənədləri geri qaytarıb. F.Quliyevagilin xəbəri olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə dörd nəfərin də adı ortaya çıxıb. Mətanət Əkbərova onlara bildirib ki, “Azəryolservis” belə bir şərt qoyur: alacaqları məbləğin 50 faizi onların, 50 faizi torpaq sahiblərinin olacaq və onun adamı olan Abbasov Sarvan Yusif oğluna pulun alınması üçün etibarnamə vermək lazımdır. F.Quliyevagil Sarvan Abbasova pulların alınması üçün etibarnamə verib. Məhkəmədən sənədlər geri götürüləndə 7 nəfərin sənədlərinə qatılmış tanımadıqları dörd nəfərin də sənədi olub. F.Quliyevagilin torpaqlarının çertyojlarının üzü çıxarılaraq həmin dörd nəfər üçün də təsdiq edilib. Həmin dörd nəfər də Sarvan Abbasova etibarnamə verib. Əslində, Xəzər rayonunda fəaliyyət göstərən 7 saylı Notariat Kontorunun verdiyi həmin etibarnamələr və sənədlər də saxta olub.
İşin qəribəsi də odur ki, iki etibarnamə eyni tarixdə və eyni nömrəli reyestrlə
(28.01.2013-cü il, 998 nömrəli reyestr) necə verilə bilər? Bu addımın atılmasında məqsəd nə idi?
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Ancaq telefon zənglərimiz cavabsız qaldı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Təzadlar
"Asan Xidmət" Notariusu necə ifşa etdi - FAKT
"Asan Xidmət" Notariusu necə ifşa etdi - FAKT
"Asan Xidmət" Notariusu necə ifşa etdi - FAKT