BolgeXeber.Com » Xəbərlər » Tolik icra başçısına cavab verdi:"Sizi o vəzifəyə kef eləməyə yox, xalqa xidmət etməyə qoyublar"
Tolik icra başçısına cavab verdi:"Sizi o vəzifəyə kef eləməyə yox, xalqa xidmət etməyə qoyublar"
11-07-2016, 20:25
Oxunub: 3 232
Prodüserin bu istəyinə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev sərt reaksiyası ilə diqqət çəkdi
Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri prodüser Tarix Əliyevin (Tolik) öz üzərinə götürmək istəyi ilə bağlı xəbər vermişdik.
Prodüserin bu istəyinə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev sərt reaksiyası ilə diqqət çəkdi:
"Bu gün rəsmi şəxslər gələcək, onların övladlarına medallar təqdim ediləcək. Qəbirlərin düzəldilməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də bu məsələlər bir az yubanırdı. Qaldı ki Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanıb, izah etdim.
Daha sonra icra başçısı açıqlamasında Toliki tanımadığını bildirib. "Tolik qələt edib, başını da daşa döyüb. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə, bunu səssiz-səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir".
İcra başçısının prodüserə ünvanladığı bu sözləri Tolik də cavabsız qoymayıb.
Milli.Az bildirir ki, prodüser icra başçısının ona qarşı olan sərt reaksiyasına bunları deyib:
"Deməli, gərək mən nəsə yazaydım ki, icra başçısı dilə gələydi! Birincisi, siz məni tanımasanız da olar, əsas budur ki, Azərbaycanda işimlə tanınan prodüserəm, ikincisi də vallah-billah, mən sizdən çox xeyir işlər görmüşəm və bunu məcburən yazıram ki, sizə çatdırsınlar. Əgər mən sizin vəzifənizdə olsaydım, bəlkə də, indi elədiklərimdən min dəfə artığını eləyərdim. Bir də ki, qələti mənə siz yedizdirə bilməzsiniz. Siz kimsiniz ki, mənə irad tutursunuz, amma mən Azərbaycan vətəndaşı olaraq, sizdən nəyisə tələb eləməyə haqqım var. Sizi o vəzifəyə kef eləməyə yox, xalqa xidmət etməyə qoyublar, bunu unutmayın! Allah məndən razı olsun, bəlkə də, mən yazmasaydım, siz heç reaksiya verməyəcəkdiniz də. Sizdən xahiş edirəm, vətən uğrunda canından keçən şəhidimizin qəbir daşını bir həftəyə düzəldin. Mən də gəlib ziyarət edim və "sizə çox sağ ol"umu bildirim".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər