Baş Prokurorluğun əməkdaşı IACA-da Yay Akademiyası qrupunun rəhbəri seçilib
12-07-2016, 14:23
Oxunub: 2 649
İyulun 1-dən 8-dək Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) 6-cı Yay Akademiyası (IACSA) keçirilmişdir
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə,dünyanın 50-dən artıq dövlətin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Vüqar Əhmədli təmsil etmişdir.
“Təcrübə elmlə qovuşur” mövzusunda keçirilən tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin professorları, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr söyləmişlər.
Əvvəlki illərdə olduğu kimi kurslarda tədbir iştirakçıları işçi qruplarına bölünməklə praktiki tapşırıqların həll olunmasında aktiv iştirak etmiş, hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilmiş, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.
Azərbaycan təmsilçisi builki Yay Akademiyası qrupunun rəhbəri seçilmiş və müvafiq tapşırıqların həllində xüsusi fəallıq göstərdiyinə görə Akademiyanın mükafatı ilə təltif olunmuşdur.
Tədbirin sonunda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunmuşdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər