“Hərbçilərin maaşından kəsib supermarketlərə verək?” - Nazir müavini
13-07-2016, 11:21
Oxunub: 6 291
“Narazı supermarket sahibləri az qazanacaqları ilə barışmalıdırlar”
Bunu eksklüziv açıqlamasında bir müddət əvvəl bəzi supermarket rəhbərlərinin əlavə dəyər vergisinin (ƏDV) azaldılması ilə bağlı müraciətini şərh edərkən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
“Mən onları başa düşürəm, onlar indi də əvvəllər qazandıqları qədər qazanmaq istəyirlər. Halbuki ölkədə hamının gəlirləri azalıbsa, supermarket sahibləri də az qazanacaqlarını sakitcə və anlaşıqla qəbul etməlidirlər.
Supermarket sahibləri ƏDV-nin aşağı salınmasını istəyirlər. Belə çətin iqtisadi mərhələdə o güzəşti necə etmək olar?
Hərbçilərin, müəllimlərin və həkimlərin maaşından kəsib bu yolla qənaət edilən vəsaiti supermarketlərə verək? Onlar bunu istəyirlər?
Vergilər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bəyan edib, özü də dəfələrlə. Əlbəttə, əgər Milli Məclis müvafiq qərar qəbul edərsə, Vergilər Nazirliyi onu yerinə yetirəcək. Yəni güzəşt bizə aid olan məsələ deyil.
Supermarket sahibləri ilə dialoq? Biz onlarla əlaqə saxlayır, görüşlər keçiririk. Başa salmağa çalışırıq ki, dünyanın heç bir ölkəsində supermarketləri vergidən azad etmirlər.
Hansısa supermarketlər bağlanır, hansılarsa açılır. Mənə elə gəlir ki, onların sayı son vaxtlar hətta artıb. Məsələn, bu yaxınlarda Belarus məhsulları mağazası açılıb. Hər şey normaldır”.
Virtualaz.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər