Mehriban Əliyeva Fransa xalqına başsağlığı verib
15-07-2016, 15:58
Oxunub: 6 086
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva iyulun 14-də Nitsa şəhərində törədilmiş terror aktı ilə əlaqədar Fransanın prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı verib
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
“İyulun 14-də Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması ilə əlaqədar Sizə və Fransa xalqına dərin hüznlə başsağlığımı çatdırmaq istəyirəm.
Çox təəssüf ki, amansız terror aktları bu gün dünyada sülh və təhlükəsizliyə ağır zərbə vurur və dinindən, millətindən asılı olmayaraq minlərlə insanın həyatına son qoyur.
Terrorun ağır nəticələrini yaşamış Azərbaycan günahsız insanları hədəfə alan bu cinayət hadisələrindən kədərləndiyini və hiddətləndiyini bildirir.
Bir daha baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər