Vidadi Zeynalovun «sağ əli» Xətaidə 4,5 milyona torpaq sahəsi aldı
19-07-2016, 12:08
Oxunub: 3 681
Hacı Ramazan adlı iş adamı həbsdə olan sabiq məmurla bir sıra iri layihələr həyata keçirir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovdan xəbər var. Özəl mənbələr tərəfindən gundelik-baku.com-a verilən məlumatlara görə, Vidadi Zeynalov iş ortağı, həm də sağ əli olan, Hacı Ramazanla birlikdə böyük torpaq sahəsi alıb. Məlumatda bildirilir ki, alqı-satqı işini həbsdə olan sabiq məmurun sağ əli kimi tanınan Hacı Ramazan adlı şəxs həyata keçirib. Belə ki, o Xətai rayonu, Babək prospektində «Akpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 45 sot torpaq sahəsi üçün 4,5 milyon manat ödəyib. Deyilənə görə, iş adamı həbsdə olan Vidadi Zeynalovla birlikdə həmin ərazidə böyük ticarət obyekti tikdirməyi planlaşdırır. Bu isə o deməkdir ki, Vidadi Zeynalov həbsdə olmasına baxmayaraq, biznes layihələrindən əl çəkmək istəmir. Sonda onu bildirmək istəyirik ki, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və Təhsil Nazirliyindəki tikinti işləri araşdırılsa, bir çox problemli məsələlərin üstü açıla bilər. Mövzunu davam etdirəcəyik. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
P.S. Dünyanın bu narahat vaxtında Vidadi Zeynalovda pula bax e!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər