BolgeXeber.Com » Xəbərlər » Tərkibində xərçəng yaradan tomat pastaları satışda - Azərbaycanda

Tərkibində xərçəng yaradan tomat pastaları satışda - Azərbaycanda

26-07-2016, 10:00
Oxunub: 2 515 Tərkibində xərçəng yaradan tomat pastaları satışda - Azərbaycanda“Sinyor” və “SSSR” markalı məhsullar pomidordan deyil, qatqılardan istifadə olunduğundan üzərində yararlılıq müddəti 1 il kimi göstərilib

Sağlam qidalanma hər bir cəmiyyətdə həmişə düşündürücü, aktual mövzulardan hesab olunub. Amma təəssüflər olsun ki, bəzi istehsalçılar bəzən insan sağlamlığını deyil, özlərinin maddi maraqlarını üstün tuturlar. Onlar fikirləşmirlər ki, istehsal etdikləri məhsuldan istifadə edənlər gələckdə müalicəsi mükün olmayan xəstəliklərlə üzləşə bilər.

Serhed.info xəbər verir ki, hazırda ölkənin bir sıra ticarət məntəqələrində Rusiya istehsalı olan “Senyor”, “SSSR” markalı tomat məhsulları satışa çıxarılıb. Bu məhsullar üzərində aparılan araşdırmalar zamanı xoşagəlməz məqamlar üzə çıxıb. Bəlli olub ki, tərkibində benzoy və sorbat turşuları olan bu tomat məhsullarına şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzoat da əlavə olunub. Mütəxəssislərin fikrincə, adıçəkilən kimyəvi maddələr yeməklərin hazırlanması zamanı isti temperaturun təsiri ilə kanserogen maddəyə çevrilir ki, bu da onu istifadə edənlərin orqanizmində xərçəng xəstəliyinin yaranmasına yol açmış olur. Həmçinin tomat pastalarının hazırlanması zamanı benzoy, sorbat turşuları, nişasta və digər zərərli qatqılardan istifadə olunması məhsulların pomidordan deyil, yarımfabrikat və digər qatqılardan hazırlandığına əsas verir. Qaydalara görə, pomidordan hazırlanmış tomat pastalarının yararlıq müddəti 2 il olmalıdır. “Sinyor” və “SSSR” markalı məhsullar pomidordan deyil, qatqılardan istifadə olunduğundan üzərində yararlılıq müddəti 1 il kimi göstərilib. Odur ki, məhsulu alan istehlakçılar öz sağlamlıqlarını düşünürsə, yuxarıda sadalanan məqamlara diqqət yetirməlidir ki , gələcəkdə sağlamlıqları ilə bağlı hansısa xoşagəlməz hallarla üzləşməsinlər.