BolgeXeber.Com » Xəbərlər » Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLAR

Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLAR

26-07-2016, 11:04
Oxunub: 5 481 Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLARXətai rayonu, Neapol küçəsində yerləşən 171 nömrəli məktəbin ərazisinin bir hissəsi fiziki və hüququ şəxslər tərəfindən zəbt edilərək, yerində bina, villalar tikilib

Bolgexeber.com xəbər verir ki, Musavat.com-un əməkdaşı ərazidə olub. Ərazidə məktəb müəllimləri və ətrafda yaşayan sakinlərlə söhbət edib. Aydın olub ki, Bakının ən böyük təhsil ocaqlarından biri olan 171 nömrəli məktəbin ərazisinin bir hissəsi həqiqətən də zəbt edilib.

Məktəb işçiləri ətrafda tikilən və artıq istifadəyə verilən çoxmərtəbəli yaşayış binasının, uçrulan hasarların və məhv edilmiş yaşıllıq ərazilərin yerində inşa edilmiş villaları göstəriblər. Şahidlər deyir ki, bu tikinti işləri 2008-2010-cu illərə təsadüf edir.

1979-cu ildə istifadəyə verilən 171 nömrəli məktəb SSRİ dövründə inşa edilən 3 ən böyük məktəbdən biridir. 2 tədris korpusu, böyük və kiçik akt zalları, yeməkxanası, kitabxanası olan məktəbin həyətyanı sahəsi olduqca genişdir. Və böyük olduğu qədər də nəzarətsiz və baxımsız vəziyyətdədir. Hasarı uçan, dəmir barmaqlıqları çıxarılan məktəbin həyəti axşamlar "bomj”ların məskəni olur.

"Məktəbin yanında tikilən 14 mərtəbəli binanın yerində stadion var idi. Digər tikilən villaların yerində isə hərbi dərslərin keçirilməsi üçün sahə olub. Məktəbin sonuncu olaraq 2014-cü ildə böyük və kiçik akt zalı, yeməkxana və kitabxanası əsaslı təmir edilərək istifadəyə verilib. Ancaq məktəbin digər korpusları təmirsizdir” – deyə məktəb çalışanları problemlərdən danışaraq qeyd etdilər ki, məktəbin qəzalı vəziyyətdə olan bir neçə tikilisi artıq 1 ildən çoxdur ki, istifadə edilmir.

1500-dən çox şagirdin təhsil aldığı mətkəbin idman meydançası zəbt edildikdən sonra süni örtüklü meydança salınıb.

Məktəbin ərazisində Uşaq Gənclər İdman məktəbi də var. Bakının ən böyük məktəbinin indiki hala düşməsi prosesi isə müəllimlərin dediyinə görə, 10 il əvvələ təsadüf edir. Məktəbin ərazisinin bir hissəsi yuxarıda qeyd etdiyimiz məqsədlərlə zəbt edildikdən sonra təhsil müəssisəsinin hasarları da dağıdılıb. 2008-ci ildə görülən təmir işləri zamanı isə məktəbin ərazsinin bir hissəsi üçün yeni hasar çəkilib. Zəbt edilmiş ərazilər isə hasarların arxasında qalıb.

Müəllimlər deyir ki, dəmir barmaqlıqların çoxu gecələr oğurlanıb. Məktəbin əsas iki girişi olsa da, sonradan özbaşınalıqlar, hasarların uçurulması və barmaqlıqların oğurlanmasından sonra hər yerdən məktəbin ərazsinə girib-çıxmaq mümkündür. Belə olan halda məktəbin mühafizəçisi də vəziyyətə nəzarət edə bilmir. Başqa bir narazılıq doğuran məqam isə məktəbin ərazisinin bir hissəsinin zibillik kimi istifadə olunmasıdır. Ətrafda yaşayanların məktəbin ərazisinə tökdüyü zibili ya "JEK” işçiləri yandırır, ya da məktəb işçiləri təmizləmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, Bakının ən böyük məktəblərindən biri olan bu təhsil ocağı 2 il əvvəl direktorunun əməlləri ilə gündəmə gəlmişdi. Məktəbin o zamankı direktoru İradə Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit götürməsi və sonradan ödəməməsi ilə böyük qalmaqala səbəb olmuşdu. Məktəb direktorunun bu əməlləri ifşa olunduqdan sonra o, 2014-cü ildə tutduğu vəzifədən kənarlaşdırılmışdı.

İndi məktəb müəllimləri və sakinlər tətil olduğunu və bu müddət ərzində qeyd edilən problemlərin öz həllini tapacağına ümid etdiklərini deyirlər.
Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLAR
Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLAR
Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLAR
Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLAR
Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLAR
Bakıda məktəbin ərazisində villa tikiblər - FOTOLAR