Bakıda geylərin toyu olduğu deyilən şadlıq sarayından maraqlı AÇIQLAMA
26-07-2016, 13:10
Oxunub: 2 809
“Qızılqaya” şadlıq sarayının rəhbərliyi orada həmcinslərin toyu barədə yayılan video və fotoşəkillərə münasibət bildirib
Şadlıq sarayının adının çəkilməsini istəməyən rəsmisi ilk olaraq foto və videoda əks olunanları təkzib etsə də, bizim israrlarımızdan sonra danışmağa başladı.
O, Modern.az-a bildirdi ki, şadlıq sarayında belə bir toy olmayıb:
“Bizə müraciət edən şəxslərlə yaşlı bir qadının yubileyinin keçirilməsi üçün razılaşmışdıq. Mərasim üçün hazırlıqlar görüldü, məclis başladı. Bir müddət sonra həmin “kişi” təmtəraqlı geyimdə məclisə təşrif buyurdu. Biz şadlıq sarayı olaraq onu məkanımızdan çıxara bilməzdik. Çünki, o, ev sahibinin ad gününə dəvətlilər içərisində idi”.
Onun sözlərinə görə, daha sonra həmin gəlin qiyafəsində olan “kişi” masada əyləşərək insanlarla şəkil çəkdirməyə başlayıb:
“Bu da həmin şəkillərdən bəziləridir. Bizim əlimiziə həmin ad günü tədbirinin videogörüntüsü də var. Mətbuatda yayılanlar reallıqdan uzaq, hazırlanmış şəkildə cəmiyyətə təqdim olunub”.
Qeyd edək ki, yayılan foto və videoda məclisin əsasən geylərdən təşkil edildiyi aydın görünür. Yayılan məlumatlarda “gəlin”in adının Aydın olduğu bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər