BolgeXeber.Com » Xəbərlər » 25 yaşlı modellə evlənən keçmiş səfirin qohumu: “Biabırçılıqdır” - FOTO

25 yaşlı modellə evlənən keçmiş səfirin qohumu: “Biabırçılıqdır” - FOTO

26-07-2016, 17:51
Oxunub: 2 898  25 yaşlı modellə evlənən keçmiş səfirin qohumu: “Biabırçılıqdır” - FOTOAzərbaycanın Ukraynadakı keçmiş səfiri, hazırda diaspor rəhbəri olan Tələt Əliyev onun 25 yaşlı modellə evlənməsi barədə xəbərləri yayan media orqanlarını məhkəməyə verəcək

Bu haqda musavat.com saytına T.Əliyevin bacısının oğlu Əkbər Adıgözəlov məlumat verib. O, bildirib ki, diaspor rəhbəri yayılan xəbərlərdən narahat olub: “Tələt bəylə iki gündür, danışırıq. Deyir ki, o, həmin yanlış məlumatı yayanları məhkəməyə verəcək. Hazırda Ukraynadadır, orada yaşayır. Bu məlumatı kim veribsə, onu tapmaq istəyirik. Biabırçılıqdır, Tələt müəllim bu söhbətə görə çox pis olub. Ayın 7-də və ya 8-də Bakıya gələn kimi bu hadisənin üstünə düşəcək. O, model xanımla hansısa tədbirdə qarşılaşıb və foto çəkilib. Tələt müəllimin onunla münasibəti yoxdur. Mediada yayılan foto Tələt müəllim səfir işlədiyi dövrdə çəkilib. Bir xanımla şəkil çəkdirib deyə, onunla evləndiyini yazmaq nə dərəcədə düzdür?”

Qeyd edək ki, ötən gün Azərbaycanın Ukraynadakı keçmiş səfiri, hazırda diaspor rəhbəri olan Tələt Əliyevin 25 yaşlı ukraynalı keçmiş model ilə ailə qurması barədə xəbərlər yayılıb.

Ukraynadakı mənbənin musavat.com saytına verdiyi məlumata görə, 63 yaşlı T.Əliyev artıq rəsmi tədbirlərə də həyat yoldaşı Alyona Solyanik ilə qatılır. Onun bu addımı isə oradakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır. Xeyli sayda övladı və nəvəsi olmasına baxmayaraq, gənc ukraynalı xanımla yaşayan keçmiş səfir bu reaksiyalara əhəmiyyət vermir və həyatından məmnun qaldığını bildirir.
 25 yaşlı modellə evlənən keçmiş səfirin qohumu: “Biabırçılıqdır” - FOTO