“ANT İnşaat” şirkəti Qarabağ əlilinin haqqını yeyib – ŞİKAYƏT VAR
27-07-2016, 10:28
Oxunub: 3 314
“Bizim şirkəti şikayət etdiyin üçün bu pulu sənə ödəməyəcəyik"
Sumqayıt şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Baxşıyev İsrafil Vaqif oğlu bizə müraciət edərək bildirib ki, “İSR Mühafizə” MMC-dən 01.06.2008-ci il tarixindən 01.03.2014-cü il tarixinə qədər, “ANT İnşaat” şirkətindən 16.01.2007-ci tarixindən 30.06.2008-ci il tarixinə qədər fəhlə vəzifəsində işləyib. İşdən çıxarkən istifadə etmədiyi məzuniyyət günlərinə görə son haqq hesabı ödənilməyib. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi ərizə ilə müraciət edib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu məsələ ilə əlaqədar müraciəti araşdırmış və müəyyən etmişdir ki, həqiqətən Baxşıyev İsrafil Vaqif oğlunun “ANT İnşaat” şirkəti tərəfindən son haqq hesab borcu 350 (üç yüz əlli) manat hesablanmış və müəssisə rəhbəri yazdığı məktubunda müəssisənin maliyyə çətinliyi nəzərə alaraq borcun ödənilməsinin hal-hazırda mümkünsüz olduğunu bildirərək, hesaba pul daxil olan gün borcun ödənilməsinə zəmanət vermişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də araşdırma aparılmış haqq hesabın ödənilməməsi müəyyən olunmuşdur. Bununla əlaqədar hər iki müəssisə rəhbərliyinə qarşı İnzibati xəta haqqında protokol və İnzibati tənbeh verilmə haqqında Qərar qəbul edilsə də bu günə qədər heç bir tədbir görülməyib.
Baxşıyev İsrafil Vaqif oğlunun haqqı olduğu bu pul bu günə qədər ödənilməyib. Dəfələrlə müraciət etsə də, şirkət ona bildirib ki, “Bizim şirkəti şikayət etdiyin üçün bu pulu sənə ödəməyəcəyik. Məhkəməyə, aidiyyatı olan dövlət qurumlarına pul verib bu işi uzadacağıq amma sənə bu pulu ödəməyəcəyik” deyə cavab verilmişdir. Bundan belə nəticəyə gəlmək olar ki, bu şirkət Qarabağ müharibəsi əlilinin haqqını yeməklə yanaşı, korrupsiya hallarına da yol verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, “Məmurlar vətəndaşları incitməməlidir. Hər zaman vətəndaşların yanında olub, onların problemləri ilə maraqlanıb, həlli yollarını tapmalıdır. Hətta bu kimi halların baş verildiyi təqdirdə həmin məmurun cəzaladırılacağı barədə xəbərdarlıq etmişdir.” Lakin deyəsən möhtərəm cənab Prezidentimizin bu sözləri bəzi şirkət sahiblərinin vecinə də deyil. Qarabağ müharibəsi zamanı canından keçmiş və əlillik dərəcəsi qazanmış Azərbaycan vətəndaşının bu qədər incidilməsi, onun və ailəsinin acınacaqlı vəziyyətdə yaşaması heç bir insanlığa sığmaz. (Avrasiya.net)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər